Məhkəmə qərarları › İş №3(041)-529/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-529/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-529/2023 02.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.55-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir rayonu Atakişili kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri az miqdarda kultivasiyasıya etmişdir. Onun AR İXM-nin 208-ci msddəsi ilə olan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Şəxs yaşadığı evin həyətində olan dibçəkdə aşkar olunaraq götürülmüş iki ədəd çətənə (kannabis) bitkisi tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı olduğu üçün Kürdəmir rayon polis şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayt işinin başlanılması rədd edilmiş Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, 4-5 ildir ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə etdiyi üçün 2 ədəd kol əkərək əkib becərmiş və kultivasya etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00 radələrində evdə olarkən qapıları döyülmüş və o, qapını açmış, gələnlərin polis əməkdaşları olduğunu görmüşdür. Onlar özlərini təqdim etdikdən sonra onn narkotik vasitəni əkib becərməsi və qanunsuz olaraq istifadə etməsi barədə məlumatlarının olmasını bildirib onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. 2 nəfər hal şahidi və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilıərkən cibində saxladığı qrudulmuş marixuananı aşkar edilərək götütrülmüşdür.İfadəsi alınan zaman həyətdə də dibçəkdə 2 ədəd marixuana ağacı olduğunu da demiş və onun əkib becərdiyi iki ədəd çətənə bitkisini aşkar edərək götürmüşlər. Əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o,Kürdəmir RPŞ İTB-nin olis sahə rəisi vəzifəsində işləyir. Kürdəmir RPŞ-nə Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə olan çətənə kolu əkib becərməsi və həmin kola aqrotexniki qaydada qulluq etməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılaraq Şəxs yaşadığı Kürdəmir rayonu Atakişili kəndinə gedərək qapını döyüb onu çağırmış, qapını Şəxs özü açmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra məsələnin mahiyyətini izah edib onu Kürdəmir RPŞ-nə dəvət etmişlər və ona hüquqları izah edilmiş və 2 nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və onun əyində olan şalvarın qabaq cibindən bir ədəd kağıza bükülmüş qrudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı o, narkotik vasitələrdən istifadə etdiyini və yaşadığı evin həyətində 2 ədəd dibçəkdə 2 ədəd marixuana kolu əkdiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq, onun yaşadığı evin həyətinə baxşı keçirilmiş və fakt öz təsdiqini tapmışdır. İlkin dindirmə zamanı Şəxs həmin narkotik vasitəni özü istifadə etmək üçün əkdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/578 saylı rəyində Şəxs yaşadığı evin həyətindən götürülmüş 2 ədəd yaş vəziyyətdə təmiz çəkisi-45,0 qram bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisi olduğu gösərilmişdir. Şəxs əməli özünün etirafı,şahid ifadəsi və iş əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan az miqdarda bitkiləri kultivasiyasıya etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinəəsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib barəsində 40(qırx) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Kürdəmir RPŞ.-nin maddi sübutların saxlanma yerində saxlanılan və Şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 2 ədəd yaş vəziyyətdə olan 45,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini alandan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar