Məhkəmə qərarları › İş №3(041)-531/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-531/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-531/2023 02.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 15.20-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir rayonu Atakişili kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 1,32 qram olan qrudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, 4-5 ildir ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə etdiyi üçün 2 ədəd kol əkərək əkib becərmiş və kultivasya etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00 radələrində evdə olarkən qapıları döyülmüş və o, qapını açmış, gələnlərin polis əməkdaşları olduğunu görmüşdür.. Onlar özlərini əqdim etdikdən sonra onn narkotik vasitəni əkib becərməsi və qanunsuz olaraq istifadə etməsi barədə məlumatlarının olmasını bildirib onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. 2 nəfər hal şahidi və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilıərkən cibində saxladığı qrudulmuş marixuananı aşkar edilərək götütrülmüşdür.İfadəsi alınan zaman həyətdə də dibçəkdə 2 ədəd marixuana ağacı olduğunu da demişdir. İlk dəfə inzibati xəta hadisəsi törətməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb ona yüngül cəza veriləməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda xx.xx.2023-cü il tarixli, 18/578 nömrəli ekspert rəyində 01 ədəd bükümdə təmiz çəkisi-1,32 qram olan kütlə narkotik vasitə qrudulmuş marixuana olması və 01 ədəd polietilen torba bağlamada cəmi 2 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 45 qram olan bitki nümunələrin əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisi olduğu göstərilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000154 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01.06.223-cü il tarixdə, saat 19.40da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 40 (qırx) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,30 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar