Məhkəmə qərarları › İş №3(041)-537/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-537/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-537/2023 02.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Şəxs və X2 iştirakı ilə xx.xx.2002-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, Heydər Əliyev küçəsində erləşən istirahət parkında polis əməkdaşı X3 nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə Kürdəmir şəhərində olan Heydər Əliyev parkında istirahət edərkən 1 nəfər şəxsin siqaret çəkdiyi üçün polis əməkdaşları tərəfindən dindirildiyini görüb, polis əməkdaşlarına həmin şəxsi bağışlamalarını və ondan əl çəkmələrini xahiş etmiş və polis əməkdaşları həmin şəxslə söhbətlərini davam etdirdiyi üçün o, əsəbləşərək polis əməkdaşlarından həmin şəxsdən əl çəkmələrini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi buraxıb onunla söhbət etmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə edərək Cavid Bəkirlini nalayiq ifadələrlə təhqir etmişdir. O, Cavid Bəkirlidən üzr istəmişdir. Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, Kürdəmri RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində xidmətdə olarkən Kürdəmir şəhəri, Heydər Əliyev prospektində olan parkda 1 nəfər şəxsin ictimai yerdə siqaret çəkib kötüyünü yerə atdığını görüb ona irad bildirdikdə adını sonradan bildikləri Şəxs kənardan onlara yaxınlaşaraq həmin şəxsə irad bildirməməyi xahiş etmiş, onalr da Şəxs onların işinə maneə olmamasını xahiş etsələr də o, uzaqlaşmamış və polis əməkdaşları ilə mübahisə edərək onu camaatın çoxluq təşkil etdiyi yerdə nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov İş 3(041)-535/2023 QƏRAR (İnzibati tənbeh vermə haqqında) 02 iyun 2023-cü il Kürdəmir şəhəri Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə Kürdəmir şəhərində olan Heydər Əliyev parkında istirahət edərkən 1 nəfər şəxsin siqaret çəkdiyi üçün polis əməkdaşları tərəfindən dindirildiyini görüb, polis əməkdaşlarına həmin şəxsi bağışlamalarını və ondan əl çəkmələrini xahiş etmiş və polis əməkdaşları həmin şəxslə söhbətlərini davam etdirdiyi üçün o, əsəbləşərək polis əməkdaşlarından həmin şəxsdən əl çəkmələrini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi buraxıb onunla söhbət etmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət edəndə polis şöbəsinə gəlmək istəməmiş polis əməkdaşlarına müqavimət göstərmişdir. Hazırda əməlindən peşmandır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Kürdəmri RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində xidmətdə olarkən Kürdəmir şəhəri, Heydər Əliyev prospektində olan parkda 1 nəfər şəxsin ictimai yerdə siqaret çəkib kötüyünü yerə atdığını görüb ona irad bildirdikdə adını sonradan bildikləri Şəxs kənardan onlara yaxınlaşaraq həmin şəxsə irad bildirməməyi xaiş etmiş, onalr da Şəxs onların işinə maneə olmamalarını xahiş etsələr də o, uzaqlaşmamış və polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamış və qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxs polis şöbəsinə dəvət etdikdə Şəxs onlarla mübahisə edərək polis şöbəsinə getməyəcəyini bildirmiş və onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onlar, Şəxs məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000151 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar