Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-541/2025 10.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X15, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X5 şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X14 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, protokolda adları qeyd olunan X6 xx.xx.2024cü il tarxdə rəsmi qaydada icazə alınıb, bir müddət sonra yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilib. 2024-cü ilin 8 iyulunda icazənin ləğv olunması üçün "Polatyol” şirkətinə müraciət olunub. Bundan əlavə protokolda adı qeyd edilən X4 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə işdən azad olunaraq icazə ləğvə göndərilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə təkrar ləğv olunması üçün müraciət olunmuşdur. X2 xx.xx.2024-cü ildə işə qəbul olunduqdan sonra icazə üçün müraciət edilmiş, sonradan xx.xx.2024-cü il tarixdə əmək müqviləsinə xitam verilmişdir. İcazələrin yenilənmə dövrünə düşdüyü üçün təkrar yenilənmə üçün müraciət olunmayıb. Lakin icazə ləğv edilmədiyindən və aktiv olaraq qaldığından xx.xx.2024-cü ildə ləğv olunması üçün müraciət edilmişdir. Ləğvlə bağlı göndərilən bütün müraciətlər rəsmi qaydada mail vasitəsi ilə olmuşdur, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. Bütün bunlara baxmayaraq ləğv prosesi getməmiş və ləğv olunub-olunmaması haqqında da məlumat əldə etmək mümkün olmamışdır. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən X12 Xidmətinin nümayəndəsi Məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X9 şikayətlə razılaşmayaraq izahatında bildirdi ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan X10, X4 və X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” Altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanması və müvafiq əmək müqaviləsi bildirişinin altsisteminə daxil edilməsi təmin edilməmişdir. Nəticədə "xxxx" ASCnin barəsində tədbir görülməsi qərara alınaraq Azərbaycan Respubikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, cəmiyyətin direktoru X14 barəsində xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ş.F.Məmmədov barəsində tətbiq edilən 3000 manat cəriməni ödəməmişdir. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərar 2024-cü ilin sentyabr ayında onun direktoru olduğu "xxxx" ASC-nin yerləşdiyi hüquqi ünvana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti üzrsüz səbəblərdən buraxılmışdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X14 şikayətində qeyd etdiyi halları təsdiq edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1933253 nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş, əsas kimi hüquqi şəxs "xxxx" ASC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10, X4 və X3 iş və xidmətlərə cəlb edilməsi göstərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(041)-713/2024 saylı qərarı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş və həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-465/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 2025-ci ilin may ayında Xidmətin rəis müavini A.Rəhimovun imzası ilə daxil olmuş məktubda X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası tələb edilmiş, lakin qərarın surəti ona təqdim edilməmişdir. Bundan sonra Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1933253 nömrəli protokolda və onun barəsində tərtib edilmiş eyni tarixli MN1933252 nömrəli protokolda adları qeyd olunan X6 xx.xx.2024-cü il tarxdə rəsmi qaydada icazə alınıb, bir müddət sonra yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilib. 2024-cü ilin 8 iyulunda icazənin ləğv olunması üçün “Polatyol” şirkətinə müraciət olunub. Bundan əlavə protokolda adı qeyd edilən X4 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə işdən azad olunaraq icazə ləğvə göndərilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə təkrar ləğv olunması üçün müraciət olunmuşdur. X2 xx.xx.2024-cü ildə işə qəbul olunduqdan sonra icazə üçün müraciət edilmiş, sonradan xx.xx.2024-cü il tarixdə əmək müqviləsinə xitam verilmişdir. İcazələrin yenilənmə dövrünə düşdüyü üçün təkrar yenilənmə üçün müraciət olunmayıb. Lakin icazə ləğv edilmədiyindən və aktiv olaraq qaldığından xx.xx.2024-cü ildə ləğv olunması üçün müraciət edilmişdir. Ləğvlə bağlı göndərilən bütün müraciətlər rəsmi qaydada mail vasitəsi ilə olmuşdur, yəni onlar öz üzərlərinə düşən işləri qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmişlər. Bütün bunlara baxmayaraq ya texniki olaraq, ya da ki səhvən ləğv prosesi getməmiş və ləğv olunub olunmaması haqqında da məlumat əldə etmək mümkün olmamışdır. Hesab edir ki, X12 Xidməti tərəfindən əsassız yerə AR İXM-nın 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib, oranın əməkdaşlarına onun heç bir günahı olmadığını bildirmələrinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. İşğaldan azad olunmuş ərazilərdə iş üçün icazə verən qurum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi podratçı “X22 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı, subpodratçı isə "xxxx" ASC-dir. İcazələrin alınması üçün "xxxx" ASC tərəfindən “X22 Sanayi ve Ticaret Anonim Şirketi”nin Qubadlı ofisinin mail ünvanına sənədlər göndərilir. Oraya sənədlər email olunduqdan sonra “X22 Sanayi ve Ticaret Anonim Şirketi”nin Qubadlı ofisindən Bakı ofisinə, oradan da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilir, agetnlikdə baxıldıqdan sonra Daxili İşlər Nazirliyinə icazələrin alınması və ləğv olunması üçün müraciət olunur. Butun bu sənədlərin dövriyyəsi ən yaşı halda 7-10 gün çəkir, eləcə də icazələrin alınması və ya ləğv olunmasının aydınlaşdırmaq onlar üçün əlçatan deyil. İcazələr 02 ay müddətində verilir və vaxt tamam olduqdan sonra avtomatik qaydada ləğv olunmalıdır. Aktiv olaraq qaldıqda isə onlar tərəfindən buna nəzarət etmək mümkün olmur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X14 vəsatətlə çıxış edərək bildirdi ki, 12 may 2025-ci il tarixində onun ünvanına X12 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-42012/2025 saylı məktub göndərilmiş və həmin məktubda göstərilmişdir ki, "Bildiririk ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarla 3000 (üç min) manat məbləğində cərimə edilmiş və qərar qanuni qüvvəyə minmişdır. Məktuba qəbul edilmiş qərar və digər məktub da əlavə edilmişdir. Məktubu alandan 3 gün sonra, yəni 15 may 2025-ci il tarixdə X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. X14 qərardan şikayətin verilməsi müddətinin üzrlü səbəbdən, yəni Xidmətin təqsiri ucbatından buraxıldığını nəzərə alaraq, vəsatətin təmin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd edilən qərarın X8 göndərilməsini (təqdim edilməsini) təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi barədə məhkəmə sorğusuna X12 Xidməti tərəfindən rəsmi cavab verilməmiş, nümayəndəsinin məhkəməyə təqdim etdiyi SS906520785AZ nömrəli poçt göndərişlərinin izlənməsində xx.xx.2025-ci il tarixli 3-17-5/2-55331/2025 nömrəli məktubun Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə təqdim edildiyi öz təsdiqini tapmış, SS873272390AZ nömrəli poçt göndərişlərinin izlənməsində sənədin tarixi və nömrəsini göstərən hissəsi ksero-surət edilmədiyindən göndərilən sənədin adını, tarixini, məzmununu və sair müəyyən etmək mümkün olmamışdır. X12 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-42012/2025 saylı məktubunun 12 may 2025-ci il tarixində X8 çatdırılmasını təsdiq edən zərf işə əlavə edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsi ilə müəyyən edilmiş qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X12 Xidməti nümayəndəsinin və X5 izahatını dinləyib, iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, işdən görünür ki, "xxxx" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan X10, X4 və X3 arasında əmək müqaviləsi olmuş, tərəflər arasında bu müqavilə üzrə işçilər müqavilə üzrə öz öhdəliklərinin icrasını başa çatdırdıqdan sonra bu münasuibətlərə xitam verilmiş, bundan sonra onlar üçün alınan icazənin ləğv edilməsi üçün "xxxx" ASC tərəfindən elektron qaydada müraciət olunmuş, lakin texniki məsələlərə görə icazənin ləğv olunub-olunmaması haqqındada Cəmiyyətə hər hansı məlumat verilməmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən “X23 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı fililalına ünvanladığı xx.xx.2024-cü il tarixli, 06/3 №-li, xx.xx.2024-cü il tarixli, 07/24-3 №-li və xx.xx.2024-cü il tarixli, 07/24-6 №-li məktublar və onlara əlavə edilmiş icazə verilmiş şəxslərin icazələrinin ləğv olunmasına dair qoşmalardan görünür ki, işğaldan azad edilmiş ərazilərdə müvafiq icazəsi olan işçilərin əmək müqaviləsinə xitam verildiyi üçün həmin icazələrin ləğv olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Adları qeyd edilən işçilərlə Cəmiyyət arasında olmuş əmək müqaviləsinə xitam verilməsindən sonra onların hər hansı işlərə cəlb edilməsini təstiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əvvələn qeyd edilməlidir ki, hər bir halda inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək üçün inzibati xətalar haqqında işlər üzrə icraat aparılmalıdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar (İXM maddə 60.1). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı onun qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə etməsinə şəraitin yaradılması məqsədilə zəruri hesab edilir. İXM-nin 61.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: - inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; - izahat vermək; - sübutlar təqdim etmək; - vəsatət və etirazlar vermək; - işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; - inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; - ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; - inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq və sair. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraat aparıldığı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ən azı inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün dəvət edilməsi və ya başqa yolla məlumatlandırılması müəyyən olunmur. Bundan əlavə, inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, İXM-nin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilmədən inzibati xəta haqqında protokolun tərtib edilməsindən söhbət gedə bilməz. Bundan əlavə, X5 barəsində X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1613438 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Ş.F.Məmmədovun qanuni təmsilçisi (direktoru) olduğu hüquqi şəxs "xxxx" ASC barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli MN1933253 nömrəli inzibati xəta haqqında protokolun əsasları eyni olduğuna görə sonuncu protokolla bağlı qəbul edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(041)-713/2024 saylı qərarı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş və həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-465/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab olunur. Həmin Məcəllənin 134.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, hazıki iş üzrə X5 əməlində Azərbaycan Respublikasının İXM-nın 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 əməlində Azərbaycan Respublikasının İXM-nın 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-541/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-541/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver