Məhkəmə qərarları › İş №3(041)-542/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-542/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-542/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X10, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmklə məşğul olan, subay, Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Rüstəmov X7 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləği ilə hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq X1 ödənilməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə məcburi qaydada Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirdilmiş, həmin gün ondan izahat alınmış, icra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Hazırda onun 4000 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 saylı icra sənədinin icrasından yayınmamış, hər ay 100 manat ödənişlər etmişdir. Son aylar səhətində yaranmış problemlərlə bağlı ödənişlər edə bilməmişdir. Verilən suallara cavab olaraq Şəxs bildirdi ki, işləyəndə hər ay 800 manata qədər pul qazanır. Alimentdən əlavə uşaqlarına maddi və mənəvi köməklik göstərir. Tələbkar uşaqlarına görə yox, burnunu əməliyyat etdirmək üçün ona pul lazım olduğundan ondan şikayət edir. Borcunu həra ay hissə-hissə ödəyə bilər. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 saylı icra vərəqəsinə 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, 260 manat aliment tutularaq tələbkar X1 ödənilməsi qət edilmişdir. - İcra sənədi üzrə qəbul edilmiş icraata başlama haqqında qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs xx.xx.2023-cü ildə imza etdirməklə təqdim edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-849/2023 saylı və xx.xx.2024-cü il tarixli 3(041)-197/2024 saylı qərarlarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. - Borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında icra sənədi üzrə yaranmış 4000 manat borcunu etiraf etmiş, borcun yaranmasını işləməməsi ilə əlaqələndirmişdir. - borclu Şəxs icra sənədinin icrası ilə bağlı çağırışlarla gəlmədiyindən icra məmurunun borclunun axtarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Kürdəmir rayon polis şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyi üçün hazırda onun 4000 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, bundan əlavə icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından yayındığı üçün barəsində axtarış verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşə əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)- 849/2023 saylı və xx.xx.2024-cü il tarixli 3(041)-197/2024 saylı qərarlarından görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib ediləndən sonra ödənişlər etmiş, sonrakı aylarda eyni üsulla hər ay 260 manat əvəzinə aşağı məbləğlərdə ödəniş etmiş və nəticədə onun aliment borcu 4000 manata çatmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə yaranmış 4000 manat aliment borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görmədiyini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar