Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-543/2025 18.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində xidmətdə olan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ictimai yerdə uca səslə ünvanlı və ünvansız söyüşlər söyməyə başlamış ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozarkən, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə E.K.Seyfiyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Sığırlı kənd ərazisində qanunsuz ticarətin qarşısını alarkan, Kürdəmir rayonu Sığırlı kənd sakini Şəxs onlara mane olmaqla ətrafda olan kənd sakinlərini də Sığırlı kəndindən keçən magistral yola toplaşmağa səsləməklə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının ünvanına xoşagəlməz sözlər işlədərək onların qanuni tələblərinə tabe olmamış, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Nəticədə onu şöbəyə apararaq izahatını almış, əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Sığırlı kənd ərazisində insanların toplaşdığını görərək onlara qoşulmuşdur. Əməlindən peşimandır. Bir daha belə halların yaşanmayacağına söz verdi. Məhkəmə iclasında şahid qismində dindirilən, Kürdəmir RPŞ İTB-nin polis sahə rəisi X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Sığırlı kənd ərazisində qanunsuz ticarətin qarşısını alarkan, Kürdəmir rayonu Sığırlı kənd sakini Şəxs onlara mane olmaqla ətrafda olan kənd sakinlərini də Sığırlı kəndindən keçən magistral yola toplaşmağa səsləməklə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının ünvanına xoşagəlməz sözlər işlədərək onların qanuni tələblərinə tabe olmamış, özündən əlavə digər kənd sakinlərini də itaətsizliyə çağırmışdır. İctimai qaydanı pozduğuna və polis əməkdaşlarına tabe olmadığı üçün barəsində inzibati tədbirlərin görülməsi üçün məcburi qaydada polis şöbəsinə aparmışlar. Şəxs ictimai qaydanı pozan hərəkətləri telefon vasitəsilə çəkilmişdir. Şahid həmin audio və video görüntüləri məhkəmə iclas protokolunda qeydə alınması üçün məhkəmə iclasında yayımlandırdı. Məhkəmə iclasında şahid qismində dindirilən, Kürdəmir RPŞ İTB-nin sahə polis nəfəri X4 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli protokollardan məlum olur ki, həmin tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokollarla tanış edilmiş, protokollarla razı olaraq imzalamış və izahat vermişdir. İşə əlavə edilmiş, inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, məhkəmə iclas protokolunda qeydə alınmış audio-video görüntülər, işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-543/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-543/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver