Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-545/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1973-cü Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospektində Zərərçəkmiş şəxs1 ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, 5 il bundan qabaq Vahiddən avtomobil hissəsi almış, lakin bugünədək borcunu tam verib qurtra bilməmiş və onun Vahidə 167 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə o, Vahidlə rastlaşmış və Vahid ondan pulu tələb etmiş, o, da əsəbləşərək pulu biordəfəlik ödəməyə imkanı olmadığını və qalan borcunu hissə-hissə verəcəyini demiş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı əsəbləşərək ucadan qışqırıb Vahidin ünvbanına nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, avtomobil hissələrini satışı ilə məşğul olur. Sabiri tanıyır və münasibətləri normal olmuşdur. Sabir 5 il qabaq onun uanına gələrək 400 manat civarında ondan avtomobil üçün ehtiyat hissələri almış və ona borclu qalmışdır. O, hər dəfə Sabirdən qalan borcunu da ödəməsini xahiş etsə də o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmşdşr. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə Sabiri Kürdəmir şəhəri, Bakı prospektində görmüş və ondan borcunu qaytarmasını xaiş etmiş, lakin Sabir nalayiq ifadələrlə onu təhqir etmişdir. O, da Kürdəmir RPŞ-nə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir.O, polis şöbəsinə şikayət ütdikdən sonra Sabir ondan üzr istəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır.Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-545/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-545/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver