Məhkəmə qərarları › İş №3(041)-546/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-546/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-546/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhərində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-145/2015 saylı, xx.xx.2013-cü il tarixli, 2(041)-459/2014 saylı, 2(041)-636/2014 saylı, xx.xx.2014-cü il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2794/2018 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-145/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3379.83 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar “X7” ASC-yə, həmin Məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(041)-459/2014 saylı icra sənədinə əsasən Şəxs 2431.48 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASCyə ödənilməsi, 2(041)-636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən H.İmamverdiyevdən 973.90 manat tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməsi, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2794/2018 saylı icra sənədinə əsasən Şəxs ümumilikdə 8000 manat məbləğində pul alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir və xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu polis əməkdaşları vasitəsilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gətiriləndən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun "xxxx" ASC-yə ümumilikdə 630.9 manat və 1438.05 ABŞ dolları borcu, “X7” ASC-yə 2379.83 manat borcu və X2 8520 manat borcu var. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədləriindən məlumatı var, lakin maddi imkansızlığa görə icra sənədlərini bu günə kimi tam olaraq icra edə bilməmişdir. Hazırda onun Unibank” ASC-yə ümumilikdə 630.9 manat və 1438.05 ABŞ dolları borcu, “X7” ASC-yə 2379.83 manat borcu və X2 8520 manat borcu var. Bundan sonra icra sənədlərini icra etmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-145/2015 saylı, xx.xx.2014-cü il tarixli, 2(041)-459/2014 saylı, 2(041)-636/2014 saylı, xx.xx.2014-cü il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2794/2018 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli surətdə boyun qaçırmış, bu səbəbdən də, hazırda onun "xxxx" ASC-yə 630.9 manat və 1438.05 ABŞ dolları borcu, “X7” ASC-yə 2379.83 manat borcu və X2 8520 manat borcu var. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bvağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar