Məhkəmə qərarları › İş №3(041)-547/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-547/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-547/2023 22.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu , Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Barəsində inzibati icraat açılmış şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1976-cıildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olan- Şəxs barəsində Kürdəmir RPŞ-i tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq özünə məxsus qaramalı aspfalt-beton örtüklü yolda sahibsiz buraxmış və Ağsu-Kürdəmir-İmişli yolunda hərəkətdə olan “Ford Fusion” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Ford Fusion” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2490 manat ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus 4 başcamışı naxıra qoşmuş və həmin günü 21.30 radələrindəə camışların evə qayıtmadığını görüb axtarmağa başlamışhəmin günü camışları tapa bilməsə də sabahısı günü camışlardan birinə avtomobil dəydiyini və camışın ayağının sındığını bilmişdir. İlk dəfədir ki,, inzibati xəta hadisəsi törədir.Onun özünə də maddi ziyan dəyməsini bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində özünə məxsus “Ford Fusion” markalı, **-DY-*** dövlət qeydiyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunda Ağsu rayonu istiqamətində hərəkətdə olarkən anidən dörd baş camış onun qarşısına çıxmış və o, avtomobilin əyləcini sıxsa da avtomobili saxlaya bilməmiş və bir baş camışa dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun avtomobilinə 2490 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillər texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli ziyan aktından görünür ki, “Ford Fusion” markalı, **-DY-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2490( iki min dörd yüz doxsan) manat ziyan dəyməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş AD 952939 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Şəxs əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, onun özünə maddi ziyan dəyməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar