Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-548/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhərində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Kürdəmir rayon Məhkəməsinin 3(041)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı təyin edilmiş cəriməni ödəməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev izahatında göstərdi ki, 3(041)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq borclu 500 manat cəriməni ödəməmişdir. M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kürdəmir rayon Məhkəməsi hakiminin 3(041)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 500 manat cərimə edilmişdir və bu günə kimi cəriməni ödəyə bilməmişdir, hazırda da ödəməyə imkanı yoxdur. Şəxs izahatının sonunda barəsində ədalərli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə, yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Tərəflərin izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, Kürdəmir rayon məhkəməsi hakiminin 3(041)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan bu günə kimi icra edilməmişdir. Sözü gedən qərar icra edilmədiyi üçün Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin tərkibi yaranmışdır. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməlidir. Həmin Məcəllənin 145.1.6-cı maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 23, 28, 40, 43, 106-115,117 və 129- 130, 145 və 154-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Kürdəmir rayon məhkəməsinin 3(041)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-548/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-548/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver