Məhkəmə qərarları › İş №3(041)-55/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-55/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-55/2024 26.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-55/2024 xx.xx.2024 Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2023-cü il tarixli EQ 16783531 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar ona göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişdir. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmiş, hazırda ödənilməyən cərimə borcu yoxdur. Şəxs cərimə borcunun olmaması barədə arayışı məhkəməyə təqdim edərək, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs adında ödənilməyən cərimə borcu yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni tam şəkildə ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 57, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Kürdəmir şəhəri iş № 3(041)-55/2024 xx.xx.2024 X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, İclas saat 15.45-də başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. İclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlib. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini müəyyən edir. Şəxs: xx.xx.1981-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayan, Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. Hakim Azərbaycan Respublikası İXM-nin 109-ci maddəsinə əsasən etirazın olubolmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında izahat verməyi təklif edir. Şəxs izahatı: xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəmdə 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar mənə göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişəm. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmişəm, hazırda ödənilməyən cərimə borcum yoxdur. Barəmdə olan inzibati işin icraatına xitam verilməsini xahiş edirəm. S/C - maddi imkanım olmadığı üçün cəriməni vaxtında ödəyə bilməmişəm. -hal-hazırda həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmişəm. Hakim işdə olan sənədləri, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslə tədqiq etdi. Şəxs deyilənlərlə bağlı əlavə sübut və vəsatətinin olmadığını bildirdi. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarını elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 15.55-də bağlı elan olundu. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olundu. Hakim: Katib: MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-106/2024 xx.xx.2024 Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X4 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12.15-də başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasına gəlmişdir. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şəxsiyyətini müəyyən edir. X4: xx.xx.1990-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Hakim işdə iştirak edən şəxsə Azərbaycan Respublikası İXM-nin 108-ci maddəsinə əsasən hakimə etirazın olub-olmamasını soruşur. Etirazı daxil olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. X4: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, məhkəmədə hüquqlarımı özüm müdafiə edəcəm. X4 vəkildən imtina barədə ərizəsini məhkəməyə təqdim edir. Hakim işdə iştirak edən şəxsdən vəsatətin olub-olmamasını soruşur. X4 vəsatətlə çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar ona göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişdir. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmiş, hazırda ödənilməyən cərimə borcu yoxdur. X4 cərimə borcunun olmaması barədə Kürdəmir RPŞ-nin DYPB-nin arayışını məhkəməyə təqdim edərək, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Hakim Kürdəmir RPŞ-nin DYPB-nin arayışını və işdə olan sənədləri tədqiq edib, müşavirə otağına gedir. Hakim müşavirə otağından qayıdır və qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərin protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 12.30-da bağlı elan olundu. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olundu. Hakim: Katib: Kürdəmir rayon məhkəməsi İş materiallarının mündəricatı Sıra Sənədlər Səhifələr Qeyd №si 1 Məktub 1 2 İnzibati xəta haqqında protokol 2-3 3 əlavə edilmiş sənədlər 4-11 4 Protokol 12 5 Qərardad 13 6 məhkəmə bildirişi 14 7 ərizə 15 8 Kürdəmir RPŞ-nin DYPB-nin arayışı 16 9 Protokol 17-18 10 Qərar 19-20 11 Qəbz və məktublar 21-23 12 13 14 15 16 17 18 19 20 21 23 24 25 26 27 28 29 30 Cəmi 23 vərəqə Məhkəmə iclas katibi Orxan Gülalıyev ( imzası, adı ,soyadı)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar