Məhkəmə qərarları › İş №3(041)-551/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-551/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-551/2023 12.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.35-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Carlı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, həmin günü yəni xx.xx.2023-cü il tarixdə yaşadıqları kənddə kənd icra nümayəndəsi ilə mübahisə edərək onu nalayiq ifadələrlə təhqir etdiyi üçün kənd icra nümayəndəsi Elimdar Kərimnov ondan Kürdəmir RPŞ-nə şikayət etmişdir. O, həmin günü Kürdəmir rayonuna gəlmiş və Bakı prospektində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində olan şkayətlə əlaqədar onun izahatı alınması üçün Kürdəmir RPŞ-nə dəvət etmişlər. O, əsəbi olmuş və polis əməkdaşları ilə mübashisə edərək polis şöbəsinə getməyəcəyini deyərək onlara müqavimət göstərmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-nin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon İcra Hakimiytyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi üzrə X1 Kürdəmir RPŞ-nə şikayət ərizəsi iə müraciərt edərək həmin kənd sakini Şəxs küçədə nalayiq ifadələrlə on təhqir etməsini və onun barəsində qanuni tədbir görülməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət əsasında Kürdəmir rayon Carlı kəndinə getsələr də Əvəz Məmmədoiv kənd ərazisində olmadığını və onun Kürdəmir şəhərinə getdiyini bildirmişlər. Həmin günü sat 12.40 radələrində polis əməkdaşları Şəxs Kürdəmir şəhəri,Bakı prospektində görüb, ona yaxınlaşara özlərini təqdim edib barəsində olan şikayətlə bağlı onu polis şöbəsinə dəvət edəndə Şəxs polisəməkdaşları ilə mübahisə edərək polis şöbəsinə getməyəcəyini bildirib polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Bundan sonra məcbur olub Əvəz M əmmədovu məcburi qaydada polsi şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000155 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14.31-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar