Məhkəmə qərarları › İş №3(041)-551/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-551/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-551/2024 14.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 05 iyun 1997-ci il tarixdə Lerik rayonunun Bradi kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lerik rayonunun Bradi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə 05 aprel 2024cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə «Mercedes Benz 200» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə saat 06:00 radələrində Bakı şəhərindən Tərtər rayonuna yola düşmüşdür. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmaqla avtomobildə tək olmuş, yükü olmamışdır. Saat təxminən 09:40 radələrində işıqlı və quraqlıq hava şəraitində Qazax istiqamətində hərəkət hissəsində sağ hərəkət zolağında 90-100-km/saat sürətlə hərəkətdə olmuş, sol hərəkət zolağına çıxaraq hərəkətini davam etirmək üçün güzgüdən arxaya baxıb yenidən irəliyə baxdıqda irəlidə Kia markalı minik avtomobilini görmüş ara məsafəsi yaxın olduğundan avtomobilinin qabaq hissəsi Kia markalı minik avtomobilinin arxa hissəsinə çırpılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Biriliyinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 150 №-li ekspert rəyində X3 aşkar edilmiş xəsarətlər - hər iki gözətrafı nahiyəsinin qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma bərk küt alətin təsirindən əmələ gəldiyi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmədiyi, qeyd olunan xəsarətin səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidd edildiyi göstərilmişdir. «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Biriliyinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 151 №-li eksperi rəyində Şəxs aşkar edilmiş xəsarətlər - alt çənə sümüyünün yerini dəyişmiş sınığı, alt çənə qabarının əzilmiş yarası bərk küt alətin təsirindən əmələ gəldiyi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 05.04,2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmədiyi, qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin X1 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X2 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılması məqsədi ilə toplanmış material üzrə müvafiq protokol tərtib edilərək məhkəmə məsuliyyətinə verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına göndərilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar