Məhkəmə qərarları › İş №3(041)-552/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-552/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-552/2023 12.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan X7 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646482 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Mollakənd kəndi sakini X2 məxsus 4 metr uzunluğda dəmir boruları oğurlamış, nəticədə Z.S.Baxşıyev tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatında göstərdi ki, zərərçəkmiş şəxs X3 həmkəndlisi kimi tanıyır, xx.xx.2023-cü il tarixdə yaşadığı kəndin ərazisində yerləşən kafenin yanında su borusu olmuşdur, uzun müddətdir ki, həmin su borusu orada olmuş və sahibsiz olduğuu düşünüb dəmir yığan şəxslərə müəyyən pul müqavilində satmışdır. Polis əməkdaşlarının müraciətindən sonra həmin durbaların Mərziyə Eyyubova məxsus olduğunu bilmişdir. Hazırda vurduğu 100 manat ziyanı ödəyib, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Kürdəmir rayonu Mollakənd kəndi ərazisində qayı Nemətə məxsus kafenin yanında, küçədə saxladığı dəyəri 100 manat olan 1 ədəd su borusunun oğurlandığını müəyyən etmiş, polis şöbəsinə müraciət edəndən sonra həmin borunu həmkəndlisi X7 tərəfindən oğurlandığını bilmişdir. Hazırda ona dəyən maddi ziyan tam şəkildə Z.S.Baxşıyev tərəfindən ödənilmiş, ona görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, X7 haqqında olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6, zərərçəkmiş şəxs X1 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar