Məhkəmə qərarları › İş №3(041)-554/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-554/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-554/2024 05.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Cəmaləddin qızının iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu götürülmüş, Kürdəmir rayonun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi X1 yaşadığı Kürdəmir rayonu Atakişli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla daxil olaraq Zərərçəkmiş şəxs Cəmaləddin qızına məxsus, ümumi dəyəri 90 manat olan iki ədəd hindquşunu oğurlama yolu ilə talamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Kürdəmir rayon prokuroru tərəfindən 04 iyun 2024-cü il tarixdə X3 barəsində İXM-nin 227ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 24-1-2-2-428-0924-3 №-li qərar qəbul edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə həmkəndlisi Kürdəmir rayonu Atakişli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla daxil olaraq Zərərçəkmiş şəxs Cəmaləddin qızına məxsus, ümumi dəyəri 90 manat olan iki ədəd hindquşunu oğurlama yolu ilə talamışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cəmaləddin qızı izahatında bildirmişdir ki, 06 mart 2024-cü il tarixdə həmkəndlisi Şəxs Kürdəmir rayonu Atakişli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla daxil olaraq ona məxsus, ümumi dəyəri 90 manat olan iki ədəd hindquşunu oğurlama yolu ilə talamışdır. Hazırda ona dəymiş maddi zərər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Odur ki, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli, 24-1-2- 2-428-0924-3 №-li qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Zərərçəkmiş şəxs Cəmaləddin qızının 05 iyun 2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində Zərərçəkmiş şəxs Cəmaləddin qızına dəymiş maddi zərəri tam olaraq ödənilmiş, onunla barışmışdır və Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafedici izahati, zərəçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar