Məhkəmə qərarları › İş №3(041)-556/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-556/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-556/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri H.Əliyev pr.. 5/10 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19.05..2024-cü il tarixdə, saat 13 radələrində Kürdəmir şəhərində yerləşən “Lombard”da X2 ucadan nalayiq ifadələrlə təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayon H.Əliyev pr. 5/10 ünvanında yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Bir müddət əvvəl Kürdəmir şəhərində yerləşən “Lombard”dan faizə pul götürmüş, hər ay vaxtlı vaxtında borcunu faizi ilə bərabər ödəmiş, heç-bir geçikdirməsi olmamışdır. Axrıncı dəfə xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində “Lombard”a gedərək 150 manat ödəniş etmək istəmiş, həmin vaxt oranın əməkdşı X3 ondan artıq 5 manat pul istədiyi üçün aralarında sözlə mübahisə olmuş, mübahisə vaxtı əsəbləşdiyi üçün ucadan səs-küy salmışdır. M.Əsədovanın şikayəti əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları izahatını almaq üçün onu şöbəyə dəvət etmişlər, şöbədə olarkən polis əməkdaşları əsassız yerə onunla xoşa gəlməz rəfdar etmiş, onu döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişlər. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında 29 may 2024cü il tarixli qərardan görünür ki, Kürdəmir şəhərində yerləşən lombardda mühasib işləyən X3 PŞ-nə ərizə ilə müraciət edərək, Kürdəmir rayon sakini Şəxs faiz borcunu ödəməyərək onu söyüb təhqir etdiyini, otaqda olan stolun şüşəsinə yumruqla vurduğunu, polisə məlumat verəcəyini dedikdə əlində olan telefonunu alıb stolun üstünə vurduğunu göstərməklə onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat orqanı aparılmış araşdırma zamanı Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi qənaətinə gələrək, onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətini rayon PŞ-nin İTBnə göndərmişdir. Məhkəmə iclasında qərarın məzmunu ilə Şəxs tanış edilmiş, sonuncu həmin qərarla razılaşaraq ondan şikayət verməyəcəyini bildirmişdir. X1 işə əlavə edilmiş ərizəsində işə onun iştirakı olmadan məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi haqqında 29 may 2024-cü il tarixli qərarla və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi məsələsinə gəldikdə isə bu barədə müvafiq tədbirlərin görülməsi üçün məhkəmə iclas protokolunun surəti və diski əlavə edilməklə Kürdəmir rayon prokuroruna məlumat göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar