Məhkəmə qərarları › İş №3(041)-559/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-559/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-559/2024 19.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1997-ci ildə AğdKürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şilyan kəndində yaşayan - Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2023 il tarixli, 1(041)-952/2023 saylı və xx.xx.2023-cü il tarixli,2(041)-1821/2023 saylı icra sənədlərini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023 il tarixli, 1(041)-952/2023 saylı icra sənədinə əsasən Şəxs ümumilikdə 843 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx"MMC-yə ödənilməsi və bundan başqa Kürdəmirr rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(041)-1821/2023 saylı icra sənədinə əsasən isə Şəxs 18838,94 manat borc və 146,52 manat tutularaq Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunsa da o, heç bir üzrlü səbəb bildirmədən şöbəyə gəlməmiş borcunu ödəməmişdir. Şöbədə onun izahatı alınmış və maddi imkanının olmadığını bildirmişdir. Hazırda o, işlədiyini və hər ya mütəmadi olaraq ödəniş edəcəyini bildirmiş və onun alıq əmək haqqının icra sənədlərinə yönəldilməsinə etirz etməmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, əvvəllər işsiz olduğu üçün qeyd edilən icra sənədlərini icra edə bilməmişdir. Hazırda o, yeni iş yeri tapmış və hər iki icra sənədi üzrə hər ay müəmadi olaraq ödənişlər edəcəkdir. Özü məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyətini başa düşür. Himayəsində olan azyaşlı iuşağı da xəstədir. Əgər onun barəsində həbs inzibati tənbeh tədbiri seçilərsə iş yerini də itirəcəkdir və ödənişlərdə çətinlikləri yaranacaqdır. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023 il tarixli, 1(041)-952/2023 saylı icra sənədinə əsasən Şəxs ümumilikdə 843 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx"MMC-yə ödənilməsi və bundan başqa Kürdəmirr rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(041)-1821/2023 saylı icra sənədinə əsasən isə Şəxs 18838,94 manat borc və 146,52 manat tutularaq Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi qət edilmiş, icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən yerinə yetirməmişdir. X5 bu güədək işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilmədiyini və hazrda iş yeri tapdığını və borcunu ödəyəcəyini göstərir. Məhkəmə hesab edir ki, o, borcunu ödəməmək üçün müxtəlif bəhanələr gətirir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Barəsində inzibati icraat açılmış şəxs Şəxs məhkəməyə təqdim ediyi xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışdan görünür ki, Şəxs “X4” MMC-də təhlüksəzilik əməkdaşı vəzifəsində işləyir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar