Məhkəmə qərarları › İş №3(041)-561/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-561/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-561/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Söyüdlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon məhkəməsinə daxil olmuş icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Abbasov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 293/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-293/2022 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəməkdən yayınmış, nəticədə 1500 manat aliment borcu yaranmışdır. Onu şöbəyə dəvət edərək izahatını almış və barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Söyüdlər kəndində yaşayır, özü onkoloji xəstədir. Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün hər ay cəmi 240 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Təyin olunmuş 240 manat alimenti uzun müddətdir ki, hər ay vaxtlı vaxtına ödəyir. Tələbkara 1500 manat aliment borcunun yaranma səbəbinin əvvəllər məhkəmə qətnaməsindən xəbərinin olmaması olmuşdur. Səhəti ilə əlaqədar işləyə bilmədiyi üçün həmin borcu bu günə kimi tam şəkildə ödəyə bilməmişdir. Hazırda borcu birdəfəlik ödəməyə imkanı yoxdur, hər ay ödədiyi 240 manat alimentin üstündə əlavə ödənişlər etməklə borcunu hissə-hissə ödəyə bilər, bununla bağlı tələbkarla öz aralarında razılığa gəlmişlər. Məhkəmə qətnaməsinin icra olunmaması barədə öz məsuliyyətini başa düşür və məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X5 izahatında göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs onun qızıdır, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-293/2022 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat aliment tutularaq qızına ödənilməsi qət edilmişdir. Borclu təyin olunmuş alimenti əvvəllər ödəməmiş, lakin sonradan hər ay 240 manat ödəmişdir. Hazırda borclunun ödəmədiyi aylara görə 1500 manat aliment borcu var. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu və borclunun atası hər ay ödənilən 240 manat alimentin üstündə əlavə ödənişlər edəcəkləri barədə onlara söz vermişlər, hazırda Şəxs vaxt verilməsini xahiş edir, verdikləri sözə əməl etməyəcəkləri təqdirdə Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün müraciət edəcəkdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-293/2022 saylı qətnaməsi ilə təyin olunmuş 240 manat aliment uzun müddətdir ki, hər ay vaxtlı vaxtlı-vaxtında borclu Şəxs tərəfindən ödənilir. Tələbkara 1500 manat aliment borcunun yaranma səbəbinin borclunun əvvəllər məhkəmə qətnaməsindən xəbərinin olmaması olmuşdur. Borclu tələbkara olan borcunu hər ay ödədiyi 240 manat alimentin üstündə əlavə ödənişlər etməklə borcunu hissə-hissə ödəyə biləcəyini bildirir və bununla bağlı tələbkarla öz aralarında razılığa gəlmişlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar