Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-567/2023 14.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,M.Müşviq küçəsi,ev 20-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə olarkən az miqdarda araq içmış və Kürdəmir rayonunda Köhnəbazar adlanan yerə getmişdir. Dostları ilə söhbət edərkən polis əməkdaşları ona yaxılaşaraq özlərini təqdim edib ona yavaş danışmağı və nalayiq ifadələr işlətməməsini tələb etmiş, o,isə sərxoş olduğu üçün polis əməkdaşalrını eşitməmiş və polis əməkdaşalrı iə mübahiöə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmri RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində xidmətdə olarkən Kürdəmir şəhərində Köhnəbazar adlanan yerdə adını sonradan bildiyi Şəxs yanındakılar ilə ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb öznü tqdim etmiş və ondan sakit danışmasını və nalayiq ifadələr işlətməməsini xahiş etmiş, lakin Şəxs onun yaxasından tuturaq tabesizlik göstərərk onun özünü də nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o, Aləmin sakitləşmədyini görüb məcburi qaydada onu polis şöbəsinə gətirərək barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000157 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə Şəxs inzibati qaydada tutulduğu üçün ona 200 manatın dörddə üçü, yəni 150 manatdan çox inzibati cərimə tənbeh tədbiri tətbiq oluna bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 150 manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-567/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-567/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver