Məhkəmə qərarları › İş №3(041)-569/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-569/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-569/2024 06.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 20.05-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və X1 iştirakı ilə xx.xx.1988-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu Əyrəvəng kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən BDYPİnin 721 saylı stasionar postunda Yol Patrul Xidmətini polis baş serjantı Orxan Yolçuyevlə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Bundan başqa Şəxs həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən BDYPİ-nin 721 saylı stasionar postunun əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs törətdiyi əməlini etiraf etməyərək o, özünə məxsus “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən adını bilmədiyi pöolis əməkdaşı ona saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Polis əməkdaşı onadan heç bir sənəd tələb etmədən ona avtombildən yerə düşməsini tələb emiş, o, isə hansı səbəbdən saxlanıldığını və ona səbəb bildirməsini xahiş etmi, lakin polis əməkdaşı onun yaxasından tuturaq onu avtomobildən yerə salmışdır. Bundan sonra polis əməkdaşı onun avtomobilini idarə edərək cərimə meydançasına salmışdır. O, polis əməkdaşından hansı səbəbdən saxlanılmasını soruşmuş, ona posta yerlən binaya daxil olmasını demiş və onlar postun binasına daxil olmuşlar. Polis əməkdaşı ona heç bir baqşa səbəb bildirmədən ona sənə göstərəcəm bur Kürdəmirdir demiş və həmin vaxtı postda olan O, hələ də saxlanılaraq postda döyülməsnin səbəbini bilmir. Hesab edir ki, onu qanunsuiz yerə saxlamışlar və döymüşlər. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12.20 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən BDYPİ-ni 721 saylı stasionar postunda xidmətdə olarkən X4 tərəfindən məlumat verilərək saxlanılması vacib olan “Ford Transit” markalı, 90TZ-382 dövlət qeydiyyat nişanlı avtomobilin YPX-nin stasionar postuna yaxınlaşması və həmin nəqliyyat vasitsitəsinin saxlanılması barədə radiorabitə vasitəsi ilə məlumat verilmiş, həmin avtomobili qabaqlayıcı tədbirlər görülərək, yəni süni tıxac yaradılaraq postda saxlanılmış və o, özünü təqdim edərək ondan idarə etdiyi avtomobilin sənədlərini xahiş etmiş, lakin sürücü ucadan qışqıraraq nə səbəbə saxlanıldığını, bildirmiş və sənədlərini verməkdən imtina edərək ucadan qışqıraıb nalaiyq ifadələrlə təhqir etmişdir. Bundan səs-küyə digər polis əməkdaşı gəlmiş və onu sakitləşdirmək istəsələr də o, sakitləşməmiş və öz hərəkətlərinə davam etmişdir. Bundan sonra onun sakitləşmədiyini görüb onu posta dəvət etmişlər. Postda ona sürücülük hüququ olmadan avtombili idarə etməsini və və Bərdə postunda stasionar postda polisin saxla işarəsinə əhəmiyyət vermədən hərəkətini davam etdirdiyini bildisələr də o, Bərdə postunda yanında dostu ilə söhbət etdiyi üçün saxla işarəsini eşitmədiyini bildimişdir. Onlar postda olarkən də təkrar olaraq Şəxs idarə etdiyi avtomobilin sənədlərini tələb etsələr də o, sizdə sənədlər olmalıdır, portala baxın görün demişdir. Onlar Şəxs poisin qanuni tələblərinə tabe olmadığını görüb kömək üçün Kürdəmir RPŞ-yə məlumat verərək kömək istəmiş, bir az sonra Kürdəmir RPŞ-nin əməkdaşları gəlmiş və Şəxs məcburi şəkildə Kürdəmir RPŞ-nə aparmışlar. Şəxs döyülməsi ilə bağlı verdiyi ifadəsi tamailə şər və böhtandır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 göstərdi ki, o, Hacıqabul rayonunda yaşayır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə posta gəlmiş və onun barəsində hər hansı cərimənin olub-olmamasını yoxlatdırmaq istəmişdir. Həmin vaxt o, postun həyətində olmuş və adını bilmədiyi bir nəfər şəxsin polis əməkdaşları ilə mübahisə etdiyi, polis əməkdaşlarının ondan idarə etdiyi avtomobilin sənədlərini tələb etdiyi, onun isə sənədləri verməyəcəyini, ucadan qışqıraraq polis əməkdaşını nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Polis əməkdaşları onu sakitləşməsini xahiş etsələr də o, sakitləşməmiş və sənədləri polis əməkdaşına təqdim etməkdən imtina edərək polis əməkdaşını etikaya sığmayan söyüşlərlə təhqir etmişdir. Bir az sonra posta polis əməkdaşı gəlmiş və həmin şəxsi aparmışlar. Yəni o, postun həyətində olarkən həmin şəxsin avtomobilin sənədərini polis əməkdaşıan vermədiyini və polis əməkdaşını nalayiq ifadələrlə təhqir etdiyinin şahid olmuşdur. Məhkəm iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, postun yaxınlığında olan kafedən çıxaraq evlərinə getmək üçün postun həyətində təsadüfü avtomobil gəlməsini gözləmiş, saat təxminən 12 radələrində polis əməkdaşının “Ford Transit” markalı avtomobili süni tıxacla saxlatdırdığını və avtomobilə yaxınlıaşaraq həmin şəxsdən idarə etdiyi avtmbilinsəndərini tələb etdiyni, həmin şəxsin isə sənədləri təqdim etməyərək polis əməkdaşını ünvanına ucadan qışaıraraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları ilə birlikdə posta girmiş, sonrakı hadisələrədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, BDYP-nin 7-ci tağımında YPX-nin əməkdaşı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə operativ məlumat bmərkəzinən daxil olan məlumat əsasında xidmətdə olar Orxan Yolçuyev “Ford Transit” mçmarkalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırmış və ondan sənədləri təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs sənədləri təqdim etməmişdir. O, səs-küyə gəlmiş və adını sonradan bildiyi Şəxs Orxan Yolçuyevin ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, da polis əməkdaşı kimi yaxınlaşaraq özünü təqdim etmiş, ona sakitləşməsini və ictimai qaydanı pozmamasını xahiş etsə də Şəxs qanuni tələbə əməl etməyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. O, həmin şəxsin sakitləşmədiyini və öz qanunsus hərəkətlərinə davam etdiyini görüb dxili nömrə ilə Kürdəmir PŞ-nə zəng edərək əlavə kömək istəmişdir. Əkbər Tyağıyev döyülıməsi ilə bağlı verdiyi ifadəsi böhtandır. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı şahid ifadələri, hadisənin baş vermə şəraiti, iş materialları ilə sübut olunmuşdur. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir.Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmış və o, sürücülük hüququnun məhdudlaşdırılmasını bildiyi üçün polisin saxla işarəsinə əhəmiyyət verməmiş və bu səbəbdən də idarə etdiyi avtomobilin sənədlərini də yol polisi əməkdaşına təqdim etmək istəməyərək polisin qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Şəxs döyülüb-döyülməməsi faktının araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar