Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-57/2024 25.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayətini müdafiə edərək göstərdi ki, o, Xəlsə kəndində yaşayır. Bacısı oğlu X7 da onunla qaonşuluqda yaşayır və münasibətləri normal deyildir. O,xx.xx.2023-cü il tartixdə həyətyanı sahəsində ot biçənlə ot biçərkən bacısı oğlu Talehin bəd ititin səsini eşitmişdir. O, otu biçib qurtarandan sonra evə getmiş və evdə olarkən Talehin ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etdiyini eşidərək həyətə düşmüşdür. O, həyətə düşəndə Taleh ona itinin ağızını otbiçənlə kəsdiyini deyərək Kürdəmir RPŞ-nə müraciət etmişdir. Bundan sonra 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən onun ünvanına məktub daxil olmuş və törətdiyi inzibati xətaya baxılması ilə əlaqədar Mingəçevir şəhərinə dəvət edilmişdir. O, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə getməmiş və sonradan onun inzibati qaydada 500 manat cərimə olunmasını bilmişdir. O, həmin qərarla razılaşmır və hesab edir ki, heç bir əsas olmadan onu 500 manat məbləğində cərimə etmişlər. O, itin ağzını kəsməmiş və heç bir inzibati xəta hadisəsi törətməmişdir. Odur ki, hesab edir ki, şikayəti təmin edilməli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayətin əsaasız olduğunu göstərərk bildirdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir ayonunun Xəlsə kəndində yaşayan X2 bacısı oğlu X3 məxsus 1 baş itin ağzını otbiçən ilə kəsməsi barədə Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırılma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilərək Mətləb Məmmədovun AR İXM-nin 274-cü maddəsinin tələblərini pozması müəyyən edildikdən sonra tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İdarədə göndərilən material üzrə araşdırılma aparılmış və X4 barəsində olan inzibati materiala baxılması haqqında lazimi qaydada məlumat verilsə də o, İdarəyə gəlməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə AR İXM-nin 274-cü maddəsi ilə təqsirli bilinib 500 manat məbləğdə cərimə olunmuşdur. Yuxarıda göstərdiyi xüsusatlardan da görünür ki, şikayət əsassızdır. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti, əlavə edilmiş sənədləri, şikayətçi M.Məmmədovun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Elnur Namazlının izahatını dinləyərək Məhkəmənin sorğusuna əsasən Kürdəmir RPŞ-dən göndərilimiş HK-1-1251 nömrəli materialı araşdıraraq Mətləb Məmmədovun izahatında hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün X1nun göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və təyin edilmiş 500 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 AR İXM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-57/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-57/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver