Məhkəmə qərarları › İş №3(041)-571/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-571/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-571/2023 14.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 19.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 3-də yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, həmin günü yəni xx.xx.2023-cü il tarixdə “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, A.Əhməd küçəsində hərəkətdə olarkən polis əməkdaşı onu saxlatdırmış və adını bilmədiyi şəxs avtomobilin açarını götürmüş, bir az sonra isə həmin yerə yol patrul xidmətinin əməkdaşları gələrək avtomobilin açarını ondan istəmiş, o, isə avtomobilin açarının onda olmadığını və formada olan şəxsin lakin adını bilmədiyi bior nəfərin gəlib açarı avtomobildən götürdüyünü desə də ona inanmaışlarə Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o. Da heç bir sözx demədən polis şöbəsinə getmişdir. O, polis əməkdaşlarına tabesizlik gösrtərməmişdir.Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ YPXB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozduğu üçün onu saxlatdırmış və ondan sənədlərini tələb etsə də adını sonradan bildiyi Şəxs heç bir sənəd təqdim etməyərək onunla mübahisə etmiş, buna görə də ondan avtomobili müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını təqdim etməsini xahiş etmiş, lakin Şəxs avtomobilin açarlarını təqdim etməyərək tabesizlik göstərin onlarla mübahisə etmişdir. Bundan sonra o, 7663 nömrəli çağırışla digər polis əməkdaşalrını köməyə çağırdqdan sonra Şəxs məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatındas göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-nin rəisi vəzifəsində işləyir. Şəxs yaxşı tanıyır. Belə ki, rayon camaatı dəfələrlə ondan şikayət edərək onun avtomobili yüksək sürətlə hərəkt etməsini və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaradığını bildirmişlər. Şəxs və onun valideynləri dəfələrlə xəbərdarlıq edilsələr də o, heç bir nəticə çıxarmamışdır. Sonuncəu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində YPXB-nün əməkdaşları xidmətdə olarkən Şəxs yol hərəkəti qaydasını pozudğu üçün YPXB-nün inspektoru Ülvi Sülemanov tərəfindən saxlanılmış və o, sənədlərini və avtomobilin açarını təqdim etməyərək tabesizlik gösrtərmiş, bundan sonra Ülvi Süleymanov efirə çıxaraq 7663 nömrəli çağırışla yol polisi əməkdaşalrını köməyə çağırdıqdan sonra Şəxs məcburi şəkildə Kürdəmir RPŞ-nə gətirmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsini özünü müdafiə xaraketli olmasını hesab edir. Məhkəmə Şəxs cəza təyin edərkən onun məsulıiyyətini yüngülləşdirən hal müəyyən edə biməmiş, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000156 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli X5 Haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydasını pozduğu üçün AR İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, ağırlaşdıran halı, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar