Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-575/2023 16.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o,anasından pul istəmiş, lakin anası ona pul vermədiyi üçün o, anası ilə mübahisə etmişdir. Anası və arvadı DİN-nin 102 xidmətm mərkəzinə zəng edərək ondan şikayət etmişdir. Şakayət əsasıda onların kəndlərində sahə rəisi işləyən İbrahim Sadıqov onun yaşadığı ünvana gələrək barəsində olan şikayətlə bağlı onunla bağlı Kürdəmir RPŞ-nə getməsini xahiş etmiş, o, isəəsəbi oldğu üçün İbrahim Sadıqovla mübahisə edərək polis şöbəsinə getmək istəməkiş və polisəin qanuni tələbinə tabe olmayaraq ona müqavimət göstərmişdir. Hazırda əməlindən peşmandır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu Mollakənd kənd sakini Nilufər Hüseynova DİN-nin 102 xidmət mərkəxinə zəng edərək əri Şəxs onu və anasını döyməsi barədə şikayət etmiş və o, şikayət əsasında həmin ünvaa gedərək Şəxs izam-intizama dəvət etmiş, barəsində olan şikayətlə bağlı onu Kürdəmir RPŞ-nə dəvət etmişdir. Elşən Hüsynov onunla mübahisə edərək polis şöbəsinə getməyəcəyini bildirib ona müqavimət göstərərək onun qanuni tələblərinə tabe olmamış və qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra onlar, Elşə Hüseynovu məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000160 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18.30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsini tətbiq etməklə ona təyin edilən cərimə cəzasını yüngülləşdirməyi mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs 02 gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 100 (bir yüz) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-575/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-575/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver