Məhkəmə qərarları › İş №3(041)-578/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-578/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-578/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə iri buynuzlu heyvanları Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən avtomobil yolunun asvalt qatına buraxmış, nəticədə həmin tarixdə saat 21 radələrində X1 idarə etdiyi «VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanlardan 01 başını vurmuşdur. Bu əməli ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Toplanmış material üzrə Kürdəmir RPŞ DYPB-nın əməkdaşı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 338.7-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5488526 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildidi ki, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayır, şəxsi təsərrüfatında bir neçə baş camış heyvanı vardır. Hər gün səhə heyvanları nobata göndərir, axşam saatlarında heyvanlar özləri həyətinə qayıdır, bəzi vaxtlar heyvanlar gedib başqa yerlərdə otlayırlar və gecə gec vaxtı qayıdırlar. xx.xx.2023-cü il tarixdə, axşam saat 21 radələrində heyvanların həyətə gəlmədiyini görüb onları axtararkən müəyyən etmişdir ki, hava qaranıq vaxtı Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində avtomobil yolunda sonradan tanıdığı X3 idarə etdiyi «VAZ- 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir baş camışı vurmuşdur. Hadisə zamanı xəsarət alan heyvanlar tələf olmuş və avtomobil əzilmişdir. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə texniki xidmət mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışda X1 idarə etdiyi «VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı ümumilikdə 3130 manat ziyan dəydiyi göstərilir. Kürdəmir rayon Mərkəzi Xəsatəxanası PHŞ-nin verdiyi xx.xx.2023-cü il tarixli, 163 nömrəli sərxoşluğun təyini protokolundan görünür ki, hadisə vaxtı X3 ayıq vəziyyətdə olmuşdur. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXMnin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıram, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin vurulan ziyanla bağlı hər hansı bir mübahisə yaranarsa tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş maddi ziyanın ödənilməsi barədə tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: MÜSEYİB BAYRAMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar