Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-580/2023 20.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi F.Z.Kərimli tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Sadıqova X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək qardaşı Şəxs tərəfindən döyüldüyünü bildirmiş, şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Bəhruz İsmayılovun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhərində yaşayır, Şəxs onun qardaşıdır, əvəllər münasibətləri yaxşı olsa da anası öləndən sonra münaisbətləri pisləşmişdir. Belə ki, Kürdəmir rayonuna mərhum anasına məxsus evə gedib paltarları yığarkən qardaşı arvadı Nəzakətlə aralarında söz-söhbət olmuş və Nəzakət oradan getmişdir. Təxminən 10-15 dəqiqə sonra qardaşı Şəxs oraya gələrək onunla mübahisə etmiş, mübahisə vaxtı qardaşı onu itələryərək yerə yıxmış və əli ilə onun baş və bel nahiyyələrinə vuraraq döymüşdür. Qardaşının hərəkətlərinə dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, bacısı Bakı şəhərində yaşayır, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə qonşuları ona zəng vuraraq yaşadıqları evdə bacısı Sevdanın arvadı Nəzakətlə mübahisə etdiyini bildirmişlər. Dərhal evə getdikdə arvadı ilə bacısının mübahisə etdiklərini və bacısının anasına məxsus paltarları çantaya yığdığını görüb baş verənlər barədə məlumat almaq istəyəndə bacısı ona anasına məxsus qab-qaşıqların yerində olmadığını deyərək onunla da mübahisə etməyə başlamış və ünvanına nalayiq ifadələr işlətmişdir. Bacısı Sevdanın hərəkətlərinə dözə bilmədiyi üçün əsəbləşmiş və üzərinə yeriyərək bir dəfə şillə ilə onu vurmuşdur. Bacısının şikayətindən sonra polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə getmiş və şöbədə verdiyi izahatında baş verənləri olduğu kimi göstərmişdir. Sonradan bacısı ilə barışmaq istəsə də, bacısı onunla barışmamışdır. Şəxs izahatının sonunda əməlindən peşman olmasını, ürək xəstəsi olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 204 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər sağ dizində sıyrıq küt əşyanın təsirindən əmələ gəlmişdir, törəmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 204 nömrəli rəyi ilə habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Əhmədağa Qərib oğlunun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, törətdiyi əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-580/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-580/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver