Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-585/2023 22.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0,79 qram marixuananı qanunsuz olaraq üzərində saxlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərində olarkən “Əcəmi” metrosunun yaxınlında yerə bir ədəd selofan büküm görüb götürmüş və içərisinə baxanda maixuana olduğnu görüb cibinə qoymuşdur.xx.xx.2023-cü il tarixdə yaşadığı Şıxımlı kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qannsuz olaraq narkotik vasitə saxlmaqa şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-nə gətirmişlər. 2 nəfər hal şahidi və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman 01 ədəd bükümdə saxladığı marixuananı polis əməkdaşlarına tədim etmişdir. İfadəsi alınan zaman narkotik vasitəni Bakı şəhərində olarkən yerdən tapdığını demişdir. Əməlindən peşmandır ilk dəfədir ki, belə hallara yol verir. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, əməlindən peşman olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza veriləməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18/593 nömrəli rəyində Şəxs aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə təmiz çəkisi, 0,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitənin qrudulmuş marixuana olması,ekspertiza tədqiqatından sonra 0,77 qram qalıq qaldığı göstərilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə 0,79 qram qrudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlayaraq daşımışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərada Şəxs xx.xx.2023-cü il tarixdə saat 13.00-dan xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi saxlandığı göstərilmişdir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,77 qram qrudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1,KOD-210005VÖEN-**********Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-585/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-585/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver