Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-588/2024 02.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs satış məqsədi olmadan az miqdarda narkotik maddə olan marixuananı əldə edərək saxlamış, daşımış, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonu ərazisində qaynaqçı işləyərək ailəsni dolandırır. Heç zaman narkotik vasitə qəbul etməmiş, əldə etməmiş və saxlamamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Təhqiqat zamanı da etirafedici izahatı təzyiq altında vermişdir. Qeyd edilən halları nəzərə almaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Şəxs məhkəmə iclasında özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməsə də onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sübutlarla təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, HK-1/981 nömrəli material üzrə tədqiqata təqdim edilmiş “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,57 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, AZA 000424 saylı inzibati tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş, 09 iyun 2024-cü il tarixdə, saat 12:00-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təhqiqat zamanı aparılmış araşdırmada dindirilmiş Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, dəmiryol xəttinin kənarında piyada hərəkət edərkən Yerdən 01 ədəd siqaret qutusu diqqətini çəkərək götürüb açıb içərisinə baxmış, içərisində 01 ədəd ağ rəngli büküm olduğunu görmüş, həmin bükümü açıb baxanda narkotik vasitə qururulmuş marixuanaya bənzər kütlə olmasını görmüş, həmin bükümü açıb baxanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olmasını görüb şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-nə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin edilmiş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməsi bildirilmişdir. Üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız bükülü kütlə bir ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN № 137” möhürü ilə möhürlənmiş, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMnin 206-cı maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətməkdə təqsirli bilməsə də onun həmin maddə ilə təqsiri ekspertiza rəyi, təhqiqat zamanı verdiyi izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla təyin edilmiş cərimə tənbehi yüngülləşdirilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, İXM-nin 115.4.3-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,55 qram olan qururdulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 250 (iki yüz əlli) manat cərimə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,55 qram olan qururdulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-588/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-588/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver