Məhkəmə qərarları › İş №3(041)-588/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-588/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-588/2025 03.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Kürdəmir rayonu Topalhəsənli Ə/D Şahsevən kəndində qeydiyyatda olmaqa yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(121)-2022/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-2022/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 13.275,41 manat məbəğində əsas borc, 2.389,59 manat məbləğində ƏDV borcu, 700 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 16.565( on altı min beş yüz altmış beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədini icra etməkdən yayınmışdır. İcra sənədi üzrə tələbkarın şikayətləri əsasında borclu Şəxs onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, icra sənədini icra etməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var. Hazırda icra sənədini icra edə bilmir, icra sənədində olan məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Heç bir yerdə işləmir. Həyat yoldaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsiri bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona görə də, borcunu hissəhissə ödəyə bilər. Borcunu ödəməkdən yayınmır, maddi imkansızlığı səbəbindən borcunu ödəyə bilməmişdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, icra sənədinin icrası ilə bağlı dəfələrlə Şəxs ilə söhbətləri olmuş, borcunu hissə-hissə də olsa ödəməsi ilə bağlı razılığa gəlmişlər. lakin sonradan Şəxs ümumiyyətlə borcundan ödənişlər etməmişdir. Onun maddi imkansızlığını başa düşür, lakin borc şirkətə qarşı olduğu üçün şirkətin rəhbərliyi tərəfindən borcun ödənilməsi tələb edilir. Odur ki, Şəxs xahiş olunur ki, yaranmış borcun yaxın aylarda tam şəkildə ödənilməsini təmin etsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-2022/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 13.275,41 manat məbəğində əsas borc, 2.389,59 manat məbləğində ƏDV borcu, 700 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 16.565 ( on altı min beş yüz altmış beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi borclu Şəxs tərəfindən icra edilmədiyi üçün onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini tam olaraq icra etməmiş, bunu maddi imkansızlığı ilə izah etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar