Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-589/2024 10.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Mehdili ərazi dairəsi, Qoçulu kəndində qeydiyyatda olmaqla yaşayan, (FİNxxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 may 2024-cü il tarixli qərar əsasında tərtib edilmiş 10 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Kürdəmir rayonu Qoçulu kənd sakini Zərərçəkmiş şəxs 17 may 2024-ci il tarixdə Kürdəmir RPŞ-nə müraciət edərək, 15 may 2024-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə əri Şəxs tərəfindən döyülməsini göstərmişdir. Müraciətlə bağlı araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə şöbənin İTB-nə göndərilmiş, şöbənin əməkdaşı kimi ona həvalə edilmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş 10 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Fəridə ilə 2015-ci üdə ailə qurmuşdur, hazırda 2 azyaşlı övladları vardır. Münasibətləri normal olmuşdur. 15 may 2024-ci il tarixdə onun evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisələrinin yaranmışdır. Ona görə o, arvadını itələmişdir. Əməlinə görə zərərçəkmiş şəxsdən üzr istəmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onun ərdir, 2015-ci ildə Şəxsla ailə qurmuşdur. Hazırda 2 azyaşlı övladları var. Münasibətləri normal olmamışdır. 15 may 2024- ci il tarixdə gecə saat 01 radələrində yaşadıqları evdə əri Şəxs ilə aralarında mübahisələri olmuşdur. Belə ki Cəbrayıl hirslənərək yumruqla bir neçə dəfə onun sifətinə, boynuna, kürəyinə vurmuşdur, həmin gecəni evində qalaraq 16 may 2024-ci il tarixdə iki azyaşlı uşaqlarını da götürüb atasının evinə getmişdir. 17 may 2024-ci İl tarixdə isə Kürdəmir RPŞ-nə gələrək bu barədə ərizə yazmışdır. Hazırda Şəxs ilə barışmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu Qoçulu kənd sakini Zərərçəkmiş şəxs 17 may 2024ci il tarixdə Kürdəmir RPŞ-nə müraciət edərək, 15 may 2024-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə əri Şəxs tərəfindən döyülməsini göstərmişdir. Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonu Qoçulu kənd sakini Şəxs 15 may 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə məişət zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla arvadı Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquq şəxsinin 216 №-li ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- sol gözaltı nahiyədə qançır, boyunun sağ yan səthində və sağ qulaq seyvanında sıyırıq- küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 15 may 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, (“AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları vardır) himayəsində iki azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi, nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-589/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-589/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver