Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-59/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi etibarnamə əsasında “VAZ 21013” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı idarə edərkən idarəetməni itirərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə,axşam saat 20 radələrində sürücülük hüquq olmadan, lakin etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı, 22-BJ--845 dövlət qeydiyyat nişanlı avtomobillə avtomobillə Kürdəmir şəhəri, Vaqif küçəsi ilə Millakənd kəndi istiqamətində hərəkətdə olarkən anidən qarşısına it çıxmış və iti vurmamamq üçüçn ayağını əyləcə basmış yol sürüşkən olduğu üçün avtomobil sürüşərək yolun hərəkət hissəsindən sol kənarda dayanmış “BMV X5” markalı,**-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Zərbə nəticəsində BMV markalı avtomobil arxaya axaraq arxaa parklanmış “Mersedes” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə,həmin avtomobil də axaraq özündən arxada parklanmş “Ford Fusion” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən dəyərək dayanmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmasa da onun idarə etdiyi avtomobil və fərdi yaşayış evinin sahibinə maddi ziyan dəymişdir. O, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə etmişdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstədi ki, xx.xx.2024-cü il tarixdə,axşam saat 20 radələrində Kürdəmir şəhəri, Vaqif küçəsində ona məxsus parklanmş “Ford Fusion” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobillərin sürüşməsi nəticəsində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanla bağlı Şəxsla aralarında razılıq əldə edilmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs3 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gələ bilməyəcəklərini və məhkəmə iclaslarının onların iştirakı olamdan keçirilməsinə heç bir etirazlarının olmadığını bildimişlər. Məhkəmə inzibati materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli alkotestin blankından görünür ki, Şəxs hadisə baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli ziyan aktından görünür ki,“Mersedes 208 D” markalı,**-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli ziyan aktından görünür ki,“BMV X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4750 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 04 nömrəli ziyan aktından görünür ki,“Ford Fusion” markalı,**-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 870 manat ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, qənaitinə gələrək onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-59/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-59/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver