Məhkəmə qərarları › İş №3(041)-590/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-590/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-590/2024 10.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, "xxxx" ASC-də işləyən, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının ünvanına nalayiq söyüş və təhqirlər işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Beyi kəndində yaşayır, evlidir, 1-ci Qarabağ müharibəsi veteranıdır, hazırda "xxxx" ASC-də işləyir. xx.xx.2024-cü il tarixdə öz şəxsi avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına gələrək avtomobili yolun kənarında saxlamaq istəyərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşı ona yaxınlaşıb avtomobili oradan götürməsini tələb etmişdir. Polis əməkdaşına müharibə veteranı olduğunu, veteranlara hörmət edildiyini bildirərək orada başqa avtomobillərin dayandığını, həmin avtomobillər oradan çıxardıldıqdan sonra öz avtomobilini oradan götürəcəyini bldirmişdir. Həmin vaxt polis əməkdaşı ona 2-ci Qarabağ müharibəsi veteranı olduğunu deyib onun verdiyi torpaqları geri aldığını bildirdiyi üçün aralarında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı əsəbləşdiyi üçün ucadan danışmış və sonradan avtomobilini oradan götürüb başqa yerdə saxlamışdır. Mübahisə vaxtı polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, lakin həmin vaxt oraya kənar şəxslər toplaşmışdır. Nəticədə onu Kürdəmir rayon polis şöbəsinə apararaq izahatını almış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-nın polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə rayon ərazisində baş vermiş ölüm hadisəsi ilə bağlı polis əməkdaşları ilə birlikdə Kürdəmir rayon Mərkəzi xəstəxanasına getmişlər, öz xidməti vəzifələrini yerinə yetirərək ambulansların və operativ maşınların yolunu açmaq üçün xəstəxananın morquna gedən yolda kənar avtomobillərin orada saxlamaması, dayanan avtomobillərin isə sürücülərini tapıb yolu təmizləmişlər. Həmin vaxt şəxsiyyəti sonradan ona bəlli olan Şəxs boşaltıqları yerdə avtomobilini saxlayarkən dərhal ona yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı avtomobilini oradan götürməsini xahiş etmiş, lakin Şəxs orada başqa avtomobillərində olduğunu, həmin avtomobillər oradan çıxdıqdan sonra öz avtomobilini oradan çəkəcəyini bildirdirmişdir. Orada olan avtomobillərin sahiblərininə xəbər göndərdiklərini, qısa müddət ərzində həmin avtomobillərin oradan götürüləcəyini bildirəndə Şəxs onunla mübahisə edərək ucadan səs-küy salaraq ünvanına xoşa gəlməz sözlər işlətmiş, nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə tabe olmamışdır. Onu sakitləşdirə bilmədikləri, səs-küy salaraq onu hədələdiyini, bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi üçün polis şöbəsinə məlumat vermiş və əlavə polis əməkdaşları əraziyə gələrək onu sakitləşdirməyə və avtomobilini oradan götürüb başqa yerdə saxlamasını izah etmələrinə baxmayaraq, Şəxs müharibə veteranı olmasını bildirərək, qəti şəkildə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün uca səslə öz hədə-qorxularını davam etdirdiyinə görə məcburi qaydada Kürdəmir rayon polis şöbəsinə aparılaraq izahatı alınmış və törətdiyi inzibati xətalara müvafiq barəsində inzibati xəta haqqına protokol tətib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şahid ifadəsinin sonunda Şəxs törətdiyi əmələ görə inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, 10iyun 2024-cü il tarixdə saat 10:30 radələrində PPXB-nin polis nəfərləri Məmmədli Davud və Mazaklı Rəhbərlə birlikdə 3 saylı postda xidmətdə olarkən növbətçi hissədən məlumat daxil oldu ki, intihar hadisəsi ilə bağlı Mərkəzi xəstəxananın morquna yaxınlaşaq və ora hadisə yerindən gələn təcili tibbi yardım avtomobilinə morqa daxil olması və ətrafdakı insanları sakitləşdirmək məqsədilə köməklik edək. Morqa yaxınlaşdıqda orada insanların çox olmasını və avtomobillərin olmasını müəyyən etdik və dərhal ərazini təmizləməyə başlayaraq ilk öncə maşınlara bir-bir yaxınlaşaraq özlərini təqdim edib maşınların götürülməsini bildirdilər. Bu zaman bir neçə nəqliyyat vasitəsinin sahibləri yaxınlaşıb avtomobillərini oradan götürəndən sonra 77RD786 dövlət qeydiyyat nişanlı Şevralit Curuz markalı avtomobilin sürücüsünə dəfələrlə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, onların qanuni tələblərinə məhəl qoymayaraq maşını oradan götürməkdən imtina etdi. Onu yenidən baş vermiş ölüm hadisəsi ilə bağlı təcili tibbi yardım maşını gələcəyini və burada olan narahatçılıq üçün onların xidməyə təyin olunduqlarını bildirdikdə. Həmin şəxs onlarla uca səslə danışaraq ünvansız söyüş söyərək onlara “mənim başımı xarab etməyin, siz dünənki uşağsız, malışsız mənə qanun öyrədirsən” deyərək ətrafdakı insanların diqqətini onlara yönəldərək “sizin mən paqonunuzu sökdürərəm görərsiz” deyərək ictimai yerdə polisin şərəf və ləyaqətini alçaltmağa başladı. Həmin şəxsi yenidən nizam-intizama dəvət etsək də, onda müsbət dönüş yaranmadığı üçün vətəndaşı sakitləşdirmək məqsədilə polis şöbəsindən çağırılan polis əməkdaşlarının köməkliyi ilə məcburi şəkildə avtopatrula əyləşdirərək RPŞ-nin növbətçi hissəsinə apararaq təhvil verəndən sonra məlum oldu ki, həmin şəxs Kürdəmir rayonu, Beyi kənd sakini 1974-cü il təvəllüdlü Şəxsdur. Şahid ifadəsinin sonunda törətdiyi əmələ görə Şəxs inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X4 ifadəsində şahid X1 və X2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Kürdəmir RPŞ PPXB-nin komandir müavinidir, PPXB-nin polis nəfəri X3 ona zəng edərək, 77RD786 dövlət qeydiyyat nişanlı Şevralit Curuz markalı avtomobilin sürücüsünün onların qanuni tələblərinə tabe olmadığını və onları söyüb təhqir etməklə ictimai qaydanı pozduğunu bildirmiş və bundan sonra təcili olaraq hadisə yerinə getmiş və şəxsiyyəti sonradan ona bəlli olan Şəxs polis əməkdaşları ilə mübahisə etdiyinin şahidi olmuşdur. Şəxs müharibə veteranı olmasını bildirərək, qəti şəkildə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün uca səslə öz hədə-qorxularını davam etdirdiyinə görə məcburi qaydada Kürdəmir rayon polis şöbəsinə aparılaraq izahatı alınmış və törətdiyi inzibati xətalara müvafiq barəsində inzibati xəta haqqına protokol tətib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs polis əməkdaşlarının ünvanına etdiyi təhqir və söyüşlərin bir hissəsinin səs yazısı diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Şahid ifadəsinin sonunda Şəxs törətdiyi əmələ görə inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, şahidlərin ifadələri və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar