Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-591/2025 07.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan (Fin-xxxxxxx), Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarxli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X9 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində polis əməkdaşları Kürdəmir şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Vaz 2106” markalı 77GA-816 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün maqintafonu gur səslə oxudaraq məişət-səs küyünə qarşı mübarizə qaydallarını pozduğunu görüb onu saxlamışlar. Həmin avtomobildə 2 nəfər olmuşdur. Onlara qayda pozuntusu izah olunmuş, lakin içkili olduqlarından uca səslə danışmağa və nalayiq ifadələr işlətməyə başlamışlar. Polis şöbəsinə dəvət etsələr də həmin şəxslər imtina etmişlər. Həmin şəxslər məcburi şəkildə Kürdəmir RPŞ-nə gətirilmişdir. Bundan sonra onların barəsində tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə dostu Rafiq Məmmədovla yeyibiçdikdən sonra, evlərinə getmək üçün avtomobilə əyləşmişlər. Həmin vaxtı H.Əliyev prospekti ilə hərəkətdə olarkən avtomobildə musiqinin səsi yüksək olduğundan “Oba” marketin yaxınlığında polis əməkdaşları onları saxlamışlar. Polislər X10 içkili olduğundan onu avtomobilə əyləşdirdikləri zaman yaranmış anlaşılmazlığı aradan qaldırmağa çalışmış, buna görə də onu da polis şəbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmişdir. Həmin vaxt orada heç bir nalayiq sözlər işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri X6 izahatında bildirdi ki, xx.xx.2025-ci ildə 01:30-radələrində ərazidə xidmətdə olduğu zaman “VAZ 2106” markalı, 77GA-816 dövlət qeydiyyat nişanlı avtomobildə yüksək səslə musiqi səsi eşitmişlər. Həmin avtomobili saxlamış və içərisində iki nəfər şəxsin sərxoş olduğunu görmüşlər. X10 sərxoş vəziyyətdə olduğundan onu polis şöbəsinə dəvət etmişlər. O isə hadisə yerini tərk edib qaçmaq istəmiş, ona görə də onu məcburi qaydada avtomobilə əyləşdirmək istəyəndə Şəxs onlara mane olmağa çalışmış, sürücünü onların əlindən almağa çalışmışdır. Həmin vaxt Şəxs nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri X2 Samir Seymur oğlu ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində X8 ilə birlikdə içkili halda küçə söyüşü söymüş bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində içkili halda polisin qanuni tələblərinə tabe olmamış, bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, AZA 000710 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, baxılan iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirini təsdiq edəcək İXM-nin 76.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi maddi sübutlar, şahidlərin izahatları, digər sənədlər iş materiallarına əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə Şəxs istinad edilən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Əksinə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində X8 ilə birlikdə içkili halda küçə söyüşü söyməsi, bununla da onun İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilsə də hadisənin bilavasitə şahidi olmuş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfərləri X7 və X1 Səbuhi Savalan oğlunun içkili halda küçə söyüşü söyməsinin şahidi olmadığını bildirmişlər. Həmçinin məhkəmə iclasında təqdim edilmiş videoçəkilişə baxış keçirilərkən də Şəxs xırda xuliqanlıq etməsi, yəni içkili halda küçə söyüşü söyməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, şahidlərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngünləşdirən hal kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 535.1-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-591/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-591/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver