Məhkəmə qərarları › İş №3(041)-593/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-593/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-593/2024 11.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin sahə rəisi Elşad Ağayevin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonun Topalhəsənli ərazi dairəsi, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Güloğlan oğlu xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində yaşadıqları Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya qəsdən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə döymüşdür. Bununla da Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilib baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin sahə rəisi Elşad Ağayev izahatında bildirmişdir ki, Şəxs Güloğlan oğlunun xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində yaşadıqları Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya qəsdən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə döymüşdür. Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından, material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. 15 may 2024-cü il tarixdə Şəxs Güloğlan oğlunun Zərərçəkmiş şəxs döyməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 15 may 2024-cü il tarixdə saat 16:30 radələrində yaşadıqları kəndin ərazisində Zərərçəkmiş şəxs ilə rastlaşmadığını, onu döymədiyini və ona heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs ona qarşı etdiyi şikayətin böhtan olduğunu göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sonra isə ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs döydüyünü, Zərərçəkmiş şəxs ondan şikayət etdiyini, hazırda ondan üzr istəyib ona dəymiş ziyanı tamamilə ödədiyini, onunla barışdığını, əməlindən peşiman olduğunu, odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 15 may 2024-cü il tarixdə saat 16:30 radələrində baldızı Gülanrəgildə olarkən yolda səs-küy eşidib küçəyə getmiş, həmin vaxtı əri Elburasla Şəxs bir-birləri ilə mübahisə etdiklərini görüb onları sakitləşdirmək istəyərkən Şəxs onun üzərinə gələrək əlində olan ağac parçası ilə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmiş, lakin həmin günü heç bir yerə şikayət etməmiş, 21 may 2024-ci il tarixdə Kürdəmir RPŞ-nə gələrək Şəxs barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs onu döymüş, o da şikayət etmiş, hazırda ondan üzr istəyib barışmışlar. Ona dəymiş ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməsini xahiş edir (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından, material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü tarixdə Şəxs Güloğlan oğlu Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 157 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərəçəkmiş şəxsin, özünün izahatları və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar