Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-593/2025 07.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X13 şöbəsinin nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin 16 may 2025-ci il tarixli, MN sertiyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin 16 may 2025-ci il tarixli, MN sertiyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və işə yenidən baxılması üçün toplanmış materialın Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 16 may 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsi tərəfindən həmin qərarın qəbul edilməsinə əsaslar ondan ibarət olmuşdur ki, Kürdəmir rayon Dəyirmanlı kənd T.İsmayılov adına orta məktəbin informatika müəllimi X3 əmək haqqından tutulmalar həyata keçirilən zaman Azərbaycan Respulikası Əmək Məcəlləsiin 175.3-cü maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərara inzibati xətanı törətməyən şəxsə tətbiq edilə bilməz. Belə ki, o, T.İsmayılov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin dirketoru kimi X5 ilə xx.xx.2023-cü il tarixdən Dəyirmanlı kənd tam orta məktəbinə informatika müəllimi olaraq müddətsiz əmək müqaviləsi bağlayıb və həmin tarixdən Rüstəmov Elvin informatika müəllimi olaraq fəaliyyət başlamışdır. Elvin Rüstəmov xx.xx.2024-xx.xx.2024 (əmək haqqı avqust ayında 51 manat tutulub), xx.xx.2024 və xx.xx.2024-cü il (əmək haqqı sentyabr ayında 51 manat tutulub) tarixlərdə işə çıxmadığı üçün onun həmin günlərə əmək haqqı saxlanılmışdır. Göstərilən tarixlərdə əmək haqqı qanuna müvafiq olaraq işə çıxmadığı üçün tutulmasına dair onun tərəfindən xx.xx.2024-cü il tarixli 98 nömrəli və xx.xx.2024-cü il tarixli 123 nömrəli müvafiq əmrlər verilmişdir. Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsi xx.xx.2025-ci il tarixli məktubla vətəndaş X3 Kürdəmir rayonu Dəyirmanlı kənd tam orta məktəbində əmək hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi onlayn müraciətinə X8 Xidmətinin X13 şöbəsində baxıldığını, onların sorğusuna cavab olaraq məktəb tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 72 nömrəli məktubda Elvin Rüstəmovun xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı üçün həmin günlərin əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən əmək haqqından tutulmalar avqust və sentyabr aylarında həyata keçirilmişdir. Hesab edir ki, barəsində inzibati icraat aparılarkən səlahiyyətli orqan İXM ilə müəyyən dilmiş tələbləri işin hallarının hərtəfəli, tam və obyektiv araşdırlmasına maneə törədəcək dərəcədə pozaraq onun barəsində inzibati xəta haqqında qərar qəbul edib hüquqlarını pozmuşdur. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin 16 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X9 Ata oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin 16 may 2025-ci il tarixli, MN sertiyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinə qaytarılması xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X13 şöbəsinin nümayəndəsi X7 göstərdi ki, vətəndaş X5 Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlayaraq ünvan 1ildirmiş və onun şikayəti əsasında araşdırıma aparılmışdır. Həmin məktəbə ünvanlanmış sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli, 72 nömrəli məktubda Elvin Rüstəmovun xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işdə olmaması səbəbindən həmin günlərin əmək haqqı ödənilmədiyi göstərilmiş, lakin əmək haqqında tutulma sentyabr ayında icra edilmişdir. Bu da qanun pozuntusu deməkdir. Ona görə də Kürdəmir rayon Dəyirmanı kənd tam orta məktəbinin direktoru barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Ramin Vəliyev barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, o, həmin vaxt X13 Təhsil İdarəsinin maliyyə sektorunda mühasib vəzifəsində işləmişdir. Hazırda isə Təhsil sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. Məktəb direktoru Ramin Vəliyevin əmri əsasında X3 əmək haqqlarından tutulmalar həmin vaxt mühasib işlədiyindən onun tərəfindən icra edilmişdir. 2024-cü il tarixdə iyun ayının 25-də müəllimlərin əmək haqqları ödənildikdən sonra, iyun ayının sonunda Dəyirmanlı kənd tam orta məktəbinin direktoru X16 Rüstəmovun işə gəlməməsi səbəbindən onun əmək haqqından tutulma barədə əmri sektora təqdim etmiş, artıq müəllimlərin əmək haqqları ödənildiyi üçün həmin əmri icra etmək mümkün olmamışdır. İyul ayının 1-dən isə müəllimlər məzuniyyətə çıxırlar. O, əmrə əsasən tutulmanı Elvin Rstəmov 56 günlük məzuniyyətdən qayıtdıqdan sonra icra edə bilmişdir. Məktəb direktoru Ramin Vəliyev əmrləri onlara vaxtında təqdim etsə də əmək haqqından tutulmanı onlardan asılı olmayan səbəblərdən, yəni hesaba pul açılmasından sonra icra edə bilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 16 may 2025-ci il tarixli, MN sertiyalı ******* saylı qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru Ramin Vəliyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 97 nömrəli əmrdən görünür ki, Azərbaycan Respubliaskı Elm və Təhsil Nazirliyi İnsan Resusları Mərkəzinin müəllimlərin yerdəyişmə müsabiqəsinin 275UJY4LRJN3D nömrəli elektron çıxarışına əsasən uğur qazanmış ali təsilli informatika müəllimi X5 xx.xx.2023-cü il tarixdən Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinə ixtisası üzrə informatika müəllimi təyin edilmiş və onunla həmin tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır; Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru Ramin Vəliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 98 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin informatika müəllimi X5 xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işə çıxmadığı üçün onun cəmi 2 günlük əmək haqqı saxlanılmışdır; Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru Ramin Vəliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 123 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin informatika müəllimi X5 xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işə çıxmadığı üçün onun cəmi 2 günlük əmək haqqı saxlanılmışdır; X13 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Kürdəmir rayonu üzrə aparıcı məsləhətçisi tərəfindən Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ramin Vəliyevə ünvanlanmış məktubda göstərilmişdir ki, məktəb işçilərinin əmək haqqısı və məzuniyyət ödənişlərinin xx.xx.2024-cü il tarixdə ödənildiyi üçün müəssisə rəhbərinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi əmrin icrasının mümkün olmaması, bu səbədən də Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi X3 iki günlük əmək haqqının tutulmasının məzuniyyətdən qayıtdıqdan sonra həyata keçirildiyi, sözügedən şəxsin 2024-cü il avqust ayı ərzində iki günlük işdə olmamağa görə (xx.xx.2024 və xx.xx.2024) əməkhaqqı tutulmasının 2024-cü ilin sentyabr ayında həyata keçirildiyi, bütün bunlara səbəbin əmək haqqlarının ay sonu gözlənilmədən ödənilməsidir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin ünvan 2 ünvanlanmış xx.xx.2025-cü il tarixli, 3-17-5/2-9038/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri göstərilməklə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işdə olmaması səbəbindən E.Rüstəmovun əmək haqqında sentyabr ayında tutulmanın səbəblərinin bildirilməsi xahiş olunmuşdur; Kürdəmir rayon T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru X11 tərəfindən imzalanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 77 nömrəli məktubda göstərilmişdir ki, X5 xx.xx.2024, xx.xx.2024 (əmək haqqı avqust ayında 51 manat tutulub) tarixlərdə işdə olmaması səbəbinə görə əmək haqqından tutulma avqust ayında olmuşdur, buna səbəb kimi iyun ayının əmək haqqının mühasibatlıq tərəfindən xx.xx.2024-cü il tarixə qədər hesablanıb banka təqdim edildiyi və əmək haqqlarının köçürüldüyü, əlavə olaraq növbəti ay, yəni iyul və avqust ayında işçinin 56 təqvim günü məzuniyyətə göndərildiyi üçün və məzuniyyət pulunun mühasibatlıq tərəfindən xx.xx.2025ci il tarixdə hesablanıb banka təqdim edilib köçürüldüyü, bununla əlaqədar xx.xx.2024, xx.xx.2024-cü il (əmək haqqı sentyabr aylında 51 manat tutulub) tarixlərdə işdə olmaması səbəbinə görə əmək haqqından tutulma sentyabr ayında olması, buna səbəb avqust ayının əmək haqqının mühsibatlıq tərəfindən xx.xx.2025-ci il tarixə qədər hesablanıb banka təqdim edildiyi və əmək haqqlarının köçürüldüyü, bununla əlaqədar xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək haqqından tutulmanın sentyabr ayında baş verdiyi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsinin ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-33471/2025 saylı bildirişdən görünür ki, barəsində olan şikayətlə əlaqədar protokol tərtib edilməsində iştirak etməsi məqsədi ilə iş baxılmasının xx.xx.2025-ci il tarixə, saat 11.00-a təyin edildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, qərar qəbul edərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 xidməti Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi X3 əmək haqqından gecikdirilməklə tutulmaların aparılmasını müəyyən etsə də, həmin gecikmənin, yəni inzibati xətanın məhz vəzifəli şəxs X6 təqsiri ilə bağlı olub-olmamasını araşdırmamış, inzibati araşdırma aparılmamış, yalnız inzibati xətanın mövcud olmasını əsas gətirməklə qərar qəbul edilmişdir. Halbuki X13 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Kürdəmir rayonu üzrə aparıcı məsləhətçisi tərəfindən Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ramin Vəliyevə ünvanlanmış məktubda göstərilmişdir ki, məktəb işçilərinin əmək haqqı və məzuniyyət ödənişlərinin xx.xx.2024-cü il tarixdə ödənildiyi üçün müəssisə rəhbərinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi əmrin icrasının mümkün olmaması, bu səbədən də Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi X3 iki günlük əmək haqqının tutulmasının məzuniyyətdən qayıtdıqdan sonra həyata keçirildiyi, sözügdən şəxsin 2024-cü il avqust ayı ərzində iki günlük işdə olmamağa görə (xx.xx.2024 və xx.xx.2024) əməkhaqqı tutulmasının 2024-cü ilin sentyabr ayında həyata keçirildiyi, bütün bunlara səbəbin əmək haqqlarının ay sonu gözlənilmədən ödənilməsidir. Qeyd edilənləri məhkəmə iclasında şahid qismində dindirilmiş X13 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Kürdəmir rayonu üzrə aparıcı məsləhətçisi Şahid izahatında da təsdiq edərək göstərdi ki, o, həmin vaxtı X13 Təhsil İdarəsinin maliyyə sektorunda mühasib vəzifəsində işləmişdir. Məktəb direktoru Ramin Vəliyevin əmri əsasında X3 əmək haqqlarından tutulmalar həmin vaxt mühasib işlədiyindən onun tərəfindən icra edilmişdir. Məktəb direktoru əmrləri ona vaxtında versə də əmək haqqından tutulmanı onlardan asılı olmayan səbəblərdən, yəni hesaba pul açılmasından sonra icra edə bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Məhkəmə Əmək Məcəlləsinin qeyd edilən maddəsi ilə əlaqədar xatırlatmağı zəruri hesab edir ki, bu qayda qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmamasının işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilən Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X6 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X13 şöbəsi tərəfindən qəbul edilən 16 may 2025-ci il tarixli, MN sertiyalı ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X13 şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X6 şikayəti təmin olunsun. X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X13 şöbəsi tərəfindən qəbul edilən 16 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X13 şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-593/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-593/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver