Məhkəmə qərarları › İş №3(041)-594/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-594/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-594/2025 22.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, X3 iclas katibliyi, X1, Kürdərmir Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X5 iştirakları ilə, X1 Kürdəmir rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir Rayon Polis X16 Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı, **-YM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətində olmaqla idarə edir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə Kürdəmir şəhəri, Babək prospektində yerləşən "Bolmart" Supermarketin sağ yan hissəsindən baş yola çıxmaq üçün qarşıdan gələn avtomobilin gəlib keçməsini gözlədikdən sonra baş yola çıxmaq istəyərəkən Ağsu istiqamətindən yüksək sürətlə hərəkətdə olan "Niva" markalı, 99- G-019 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək tormozu sıxıb onun dayandığı zaman gəlib onu vurmuş və avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı onlar Kürdəmir RPŞ-nin DYPB-nə çağırılmış və polis əməkdaşı qarşı tərəfin sürücülük hüququ olmadan avtomobili idarə etməsini, "Niva" markalı avtomobilin yüksək sürətlə hərəkətdə olub tormozu vurmaqla sürüşüb onun dayandığı yerdə gəlib ona dəyməsini nəzərə almadan, qanuni əsaslar olmadan onun barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə protokol tərtib edərək onu 40 manat məbləğində cərimə etmişlər. Hesab edir ki, barəsində Kürdəmir RPŞ-nin X18 Bölməsinin əməkdaşı X9 tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömmrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək həmçinin bildirmişdir ki, “NİVA” markalı avtomobil yolun sol istiqamətində hərkətdə olmuşdur. O isə yolun sağ hissəsində dayanmışdır. “Niva” markalı avtomobil solda “VAZ 2106” markalı avtomobil gördüyündən soldan sağa istiqamətə çıxmışdır. Həmçinin “NİVA” markalı avtomobil yüksək sürətdə olmuşdur. Bütün bunların hamısı DVD diskdə əks olunmuşdur. xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Kürdərmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X9 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci ildə saat 18:30 radələrində Kürdəmir şəhəri, Babək prospektində "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı, **-YM-*** qeydiyyat nişanlı avtomobil ilə "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və onun tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobil 2 zolaqlı baş yola çıxan zaman görmə məhdudiyyəti olduğundan 2 mərhələdə avtomobili dayandıraraq yəni, hərəkət etmiş, dayanmış və yenidən hərəkət edib dayanaraq 4,2 metr yolun hərəkət hissəsinə daxil olaraq “VAZ 2106” markalı avtomobili görərək dayanaraq yol vermiş, bu zaman “VAZ 2106” markalı nəqliyyat vasitəsi dönmə icazə verilən yerdə dönmək məqsədi ilə avtomobili saxlamışdır. Hər iki hissədə yol daraldığı üçün "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobil hər iki maneəni görüb və əyləcdən istifadə edərək sürüşmüş və "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobillə toqquşmuşdur. Yol hərəkəti haqqında qanununda göstərilir ki, yolun birləşik hissəsindən baş yola çıxan zaman bütün hərəkət iştirakçılarına, həmçinin nəqliyyat vasitələrinə yol verilməlidir. Bu qanun yol hərəkəti haqqında qanunun 1-ci maddəsinin 41-ci hissəsində öz əksini tapmışdır. Burdanda görünür ki, "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobilin əməli yol verməmək kimi qiymətləndirilir. "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobilin sürücüsünə İXM-nin 327.1-ci maddəsi ilə protokol tərdib edilmişdir. "Niva" markalı avtomobilə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı üçün İXM-nin 332.2-ci maddəsi ilə, avtomobilin mülkiyətçisinə etibarnamə ilə avtomobili vermədiyi üçün İXM-nin 335.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Kürdərmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X9 izahatında həmçinin həmin yerdə radar olmadığından "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin müəyyən edilməsinin mümkün olmadığını, həmin vaxt “VAZ 2106” markalı nəqliyyat vasitəsinin dönmə icazə verilən yerdə dönmək məqsədi ilə avtomobili saxladığını, hər iki hissədə yol daraldığı üçün "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobilin hər iki maneəni görüb və əyləcdən istifadə edərək sürüşdüyünü və "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobillə toqquşduğunu, həmin vaxt onun hadisənin qarşısını almağa texniki imkanının olmamasını, lakin onun sürücülük vəsiqəsi olmadığı və etibarnamə olmadan avtomobili idarə etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qəbul edildiyini bildirdi, şikayətin təmin edilməməsi, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci il tarixində saat 18:30-da "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli, TP7350207 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,”VAZ 21214” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Kürdəmir rayonunun Xırdapay kənd sakini X12 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə 18:30 radələrində”VAZ 21214” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən manevr etmə qaydalarının pozulmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 xx.xx.2025-ci il tarixində saat 18:30-da “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı 7351852saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X8 barəsində İXM-nin 327.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verməsi müəyyən edilmişdir. Belə ki, X8 İdarə etdiyi "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı, **-YM-*** qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Babək prospektində yerləşən "Bolmart" Supermarketin sağ yan hissəsindən baş yola çıxmaq üçün qarşıdan gələn avtomobilin gəlib keçməsini gözləmiş, bu zaman Ağsu istiqamətindən yüksək sürətlə hərəkətdə olan "Niva" markalı avtomobil uzaq məsafədən sürətlə gələrək idarəetməni itirərərək onunla toqquşmuşdur. Məhkəmə iclasında Kürdərmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X9 həmin yerdə radar olmadığından "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin müəyyən edilməsinin mümkün olmadığını, həmin vaxt “VAZ 2106” markalı nəqliyyat vasitəsinin dönmə icazə verilən yerdə dönmək məqsədi ilə avtomobili saxladığını, hər iki hissədə yol daraldığı üçün "Niva" markalı, 99-G-019 dövlət qeydiyyat nişanlı avtomobilin hər iki maneəni görüb və əyləcdən istifadə edərək sürüşdüyünü və "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD" markalı avtomobillə toqquşduğunu, həmin vaxt onun hadisənin qarşısını almağa texniki imkanının olmamasını, lakin onun sürücülük vəsiqəsi olmadığı və etibarnamə olmadan avtomobili idarə etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qəbul edildiyini bildirmişdir. İş üzrə təqdim olunmuş materialların məzmunu və tərəflərin izahatları əsasında müəyyən olunur ki, inzibati xətanın baş vermə halları tam, obyektiv və hərtərəfli şəkildə araşdırılmamışdır. Belə ki, X8 barəsində İXM-nin 327.1-ci maddəsi ilə qərar qəbul edilmiş, əsas kimi isə onun baş yoldan gələn nəqliyyat vasitəsinə yol verməməsi göstərilmişdir. Lakin işə əlavə olunmuş videogörüntülərdə onun nəqliyyat vasitəsi ilə yola çıxmadığı, əksinə yolun kənarında dayandığı və bu zaman baş yolla hərəkət edən “Niva” markalı nəqliyyat vasitəsinin yüksək sürətlə gələrək onun avgomobilinə çırpıldığı müşahidə olunur. Həmin “Niva” markalı avtomobilin sürücüsünün kimliyi müəyyən olunmuş və barəsində sürücülük vəsiqəsi və etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün inzibati protokollar tərtib edilmişdir. Bununla belə, hadisənin baş verməsində sürət rejiminin pozulubpozulmadığı, qarşı tərəfin hərəkətinin qəza şəraitini doğurub-doğurmadığı, yaxud qəzanın qarşısının alınıb-alına bilməsi məsələləri üzrə texniki və hüquqi qiymətləndirmə aparılmamışdır. Həmçinin məhkəmə iclasında Kürdərmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X9 baş yolla hərəkət edən sürücünün hadisənin qarşınısı almağa texniki imkanının olmadığını bildirsə də, bu barədə hər hansı nəqliyyat-texniki ekspertiza rəyi təqdim edilməmişdir. Eyni zamanda avtomobilin hərəkət sürətinin müəyyən edilməsi üçü texniki ölçmələr aparılmamış və hadisə yerində radar və ya digər nəzarət vasitələri ilə sübut toplanmamışdır. Bu isə hadisənin obyektiv mənzərəsinin tam formalaşdırılmasına və vətəndaşın hüquqularının müdafiəsinə ciddi şəkildə təsir göstərir. Qeyd olunan hallara görə məhkəmə hesab edir ki, iş üzrə sübutlar hadisənin başvermə şəraitini tam və qərərzsiz şəkildə əks etdirimir, inzibati xətanın subyektiv və obyektiv tərəfləri lazımı dərəcədə araşdırılmamışdır. Bu səbəbdən inzibati xəta haqqında iş materiallarının əlavə araşdırma aparılması məqsədi ilə aidiyyatı üzrə polis oraqanına qaytarılması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-sinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kürdəmir Rayon Polis X16 Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar