Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-596/2024 13.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir Rayon Məhkəməsinin hakimi X4, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 987400 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 987400 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət edilən inzibati tənbeh vermə haqqında EQ seriyalı 987400 saylı xx.xx.2019cu il tarixli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X.Əlisoy xx.xx.2024-cü il tarixli 3(005)-1658/2024 saylı qərardadı ilə daxil olmuş materialları “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsaslanaraq inzibati xətanın törədildiyi yer üzrə Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İş materiallarından aydın olur ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2019-cu il tarixdə, saat 17:04-də Kürdəmir rayonu ərazisində deyil, 156,9 km Kürdəmir istiqamətində, yəni Hacıqabul rayonu ərazisində törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X.Əlisoy inzibati xətanın törədildiyi ərazini düzgün müəyyən etmədən, daxil olmuş materialları Hacıqabul Rayon Məhkəməsinə yox, səhvən Kürdəmir Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.3-cü maddəsində qeyd edilmişdir ki. inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, X1 şikayətinə baxılması üçün daxil olmuş materiallar inzibati xətanın törədildiyi yer üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ seriyalı 987400 saylı xx.xx.2019-cu il tarixli qərarından daxil olmuş şikayəti iş materialları ilə birlikdə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-596/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-596/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver