Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-596/2025 10.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdərmir Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il il tarixdə saat 22 radələrində radələrində «Mercedes Benz E220 minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxslərə maddi zərər vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdərmir Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində sürücü Şəxs həmin prospektə yolun sağ kənarı istiqamətində dayanmış 2 avtomobili vurmuş və hadisə yerindən yayınmışdır. Sürücü yaşadığı evin yanında avtomobili saxlamışdır. Kürdəmir RPŞ-nin YPX-in dəvət olunduqdan sonra alkotester vasitəsi ilə sürücünün sərxoşluğu olub-olmaması yoxlanılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hadisədən 30 dəqiqə öncə spirtli içki qəbul etmişdir. Atası evdə olmadığından atasına məxsus «Mercedes Benz E220 minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə edərkən fikri yayınmış, yolun sağ kənarında dayanmış avtomobilə vurmuş və o, avtomobildə qarşıdakı avtomobilə dəymişdir. Nəticədə o, yol-nəqliyyatı hadisəsi törətmiş və hadisə yerindən yayınaraq yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Sonra polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Əvvəllər o bir dəfə məhkum olunmuşdur. Belə ki, 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş, 2024-cü ilin avqust ayında azad edilmişdir. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM 327.1, 327.6, 332.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli № 04-li Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin ziyan aktından görünür ki, X1 məxsus “Nissan Terrano minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz)manat ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin ziyan aktından görünür ki, X4 məxsus “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5070 (beş min yetmiş) manat ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli ALCOUİSOR-AZ817 ACE Z-Series markalı alkotester vasitəsi ilə yoxlanış zamanı müəyən olunmuşdur ki, Şəxs 0.418% içkili vəziyətdə olmuşdur. İnzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın inzibati həbsə dair icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-596/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-596/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver