Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-597/2025 10.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kərimov X2 rayonu, Xanlar küçəsində sərxoş vəziyyətdə polisin qanuni əmrinə tabesizlik göstərmiş, nəticədə R.H.Əhmədov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23.05-də Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Fətalıyev Nuralı və PPXB-nün polis nəfəri polis serjantı Qafqaz Qəhrəmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman YPX-nin əməkdaşları onları radiostansiya vasitəsilə Kürdəmir şəhəri, Xanlar küçəsinə yaxınlaşmalarını bildirmişdir. Hadisə yerinə yaxınlaşarkən sərxoş vəziyyətdə bir şəxsin polisin qanuni əmrinə tabesizlik göstərərək avtomobilə əyləşmək istəmədiyini, qaçmağa çalışdığını görmüşlər. Daha sonra YPX-nin əməkdaşları Şəxs məcburi avtomobilə əyləşdirərək Kürdəmir RPŞ-nə gətirmişlər. Bundan sonra izahatı alınaraq barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 2 ünvanında yaşayır, xx.xx.2025-ci il tarixdə evdə bir qədər spirtli içki qəbul etdikdən sonra Kürdəmir rayonu ərazisində yerləşən kafelərin birinə getmiş və orada da spirtli içki qəbul etmişdir. Daha sonra maşına əyləşərək idarə etdiyi zaman polis əməkdaşları onu saxlamış və məcburi halda Kürdəmir RPŞ-nə gətirmişlər. Sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün YPX-nin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün YPX-nin əməkdaşlarının saxla işarəsinə tabesizlik göstərərk yaşadığı ünvan 3 ünvanında evinə getmişdir. YPX-nin əməkdaşları radiostansiya vasitəsilə Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Nuralı Fətalıyevi və PPXB-nün polis nəfəri polis serjantı Qafqaz Qəhrəmanovu həmin ünvana çağırmış, polis əməkdaşları Şəxs avtomobilə əyləşdirərək Kürdəmir RPŞ-nə aparmışlar. Növbəti gün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs xırda xuliqanlıq və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-597/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-597/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver