Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-6/2023 09.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd yivsiz ov silahını qeydiyyatsız saxlamış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını 1 ədəd yivsiz ov silahını qeydiyyatsız saxladığı üçün Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN1359777 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan Şəxs götürülmüş 1 ədəd yivsiz ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-6/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-6/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver