Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-6/2024 10.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi X1 və qərarından şikayət verilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi X15 iştirakı ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı X5 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəi ilə məhkəməyə müraciət edərək Kürdəmir RİH-nin başçısı X5 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayətini müdafiə edərək göstərdi ki, onun Kürdmir şəhəri,M.Ə.Rəsulzadə küçəsi 20 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ vardır. Bu barədə Azərbaycan Respubliaksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmş xx.xx.2022-ci il tarixli çıxarışla təsdiq edilir. Qeyd edilən çıxarışda sahibliklərində və mülkiyyətlərində olan evdə və eləcə də 0,799 ha torpaq sahəsinə aid texniki pasportda həmin torpaq sahəsində fərdi yaşayış evi, 2 sanitar qovşağı və təsərrüfat binası xüsusilə qeyd edilmişdir. Belə ki, həyətyanı sahəsində yerləşən təsərrüfat binası uçma təhlükəsində olduğundan onu yeniləmək qərarına gəlmiş, lakin inşa zamanı Kürdəmir RPŞ-nın və İcra Hakimiyyətinin bir qrup əməkdaşları həyətə daxil olaraq onun həyətdə qanunsuz tikili işləri aparmağı ilə bağlı protokol tərtib etmişlər. Bir müddət küçdikdən sonra ona məktub gəlmiş və onun barəsində Kürdəmir RİHB tərəfindən xx.xx.2023-cü il tarixli,1832150 nömrəli protokola əsasən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Kürdəmir RİHB-nın MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Blə ki, onun Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 20 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ vardır. Qeyd edilən çıxarışda sahibliində və mülkiyyətində olan evdə və eləcə də 0,799 ha həyətyanı torpaq sahəsinə aid texniki pasportda həmin torpaq sahəsinə fərdi yaşayış evi, həyətyanı sahədə 2 sanitar qovşağı və 1984-cü ildə inşa edilmiş təsərüffat binası xüsusilə qeyd edimişdir. Həmin təsərrfat binası uçmaq təhlqkəsi altında olduğu üçün onun abadlaşdırılması heç də qanuna zidd əməl hesab edilə bilməz. Onun təqdim etdiyi texniki pasportda təsərrüfat binası mövcud olduğu halda həmin tikilinin abadlaşdırılması üçün də xüsusi razılıq tələb olunmur nədə ki, özbaşına tikili hesab edilmir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilməlidir. Bundan başqa qanunvericilikdə belə bir qanunsuz hərəkətlərə yol verən fiziki şəxslər müvafiq dövlət orqanları tərəfindən qabaqcadan yazılı formada xəbərdar edilir, ki abadlaşdırma üçün xüsusi rzılıq olmalıdır. Lakin bu kimi xəbərdarlıq ona nə yazılı, nədə ki şifahi formada deyilməmişdir. Yuxarıdakı göstıərdiklərinə əsasən hesab edir ki, şikayəti təmin edilməli Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi X21 şikayətin əsaasız olduğunu göstərərk bildirdi ki, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən X4 ünvan 2 ünvanda özünə məxsus olan həyətyanə sahədə müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan özbaşına olaraq sahibkar obyekti (mağaza) tikilməsi faktı aşkar edildiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Faktla bağlı rayon polis şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış, qanunsuz tikilinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmiş, Ağasəf Qədirovun özünün izahatı alınmışdır. Rayon polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barəsə MN ******* saylı qərardadı ilə material baxılaraq müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Kürdəmir rayon İcra Hakimiyyətinə göndərilmişdir. Kürdəmir RİHB-nın xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X10 Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsdinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 800 manat məbləğində cərimə edilmişdir. Ağasəf Qıdirovun həyətyanı sahəsində qanunsuz tikdiyi tikili isə yardımçı tikili deyil, qapısı və pəncərəsi küçəyə açılmış ashibkarlıq məqsədi ilə tikilimiş özbaşına tikilidir və Ağasəf Qədirov izahatında həyətində sahibkarlıq obyekti tikməsini etiraf etmişdir. Odur ki, lahiyə sənədləri razılaşdırılmadan və tikiliyə müvafiq icra hakimiyyəti orqanından icazə almadan özbaşına tikinti tikdiyi üçün barəsində inzibati cərimə tətbiq edilmişdir. Yuxarıda göstərdiyi xüsusatlardan da görünür ki, şikayət əsassızdır. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti, əlavə edilmiş sənədləri, şikayətçi A.Qədirovun və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi H.Əzizin izahatını dinləyərək hesab edir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı X5 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün X1nun göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və təyin edilmiş 800 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 133-2.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 AR İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respubliaksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda X3 mülkiyyətlərində 0,799 ha torpaq sahəsinə aid texniki pasportda həmin torpaq sahəsində fərdi yaşayış evi, 2 sanitar qovşağı və təsərrüfat binası qeyd edilmişdir. Şikayətə əlavə edilmiş İİ-JQ 422599 nömrəli, xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Şikayətə əlavə edilmiş AZ-İ 993655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şikayətə əlavə edilmiş Kürdəmi rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 3/616 nömrəli arayışının surətindən görünür ki, X2 ailə üzvlərindən olan X9 01.03.205-ci il tarixdə vəfat etmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-də nəzərədə tutulmuş hüquqları barədə bildirişin surətindən görünür ki, X19 hüquqları izah edilmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB-ı Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi X4 Kürdəmir RPŞ-də verdiyi izahatından görünür ki, o, özbaşına tikdiyi tikilini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikdiyini bildirmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıdd edilməsi haqqında qərarsdan görünür ki, X4 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində AR İXM-nin 395-ci maddəsi ilə tədbir görülməsi üçün Kürdəmir RPŞ İTB-yə göndərilmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi 05..10.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prototokolun surətindən görünür ki, Kürdəmir RPŞ tərəfindən X10 barəsində AR İXM-nin 395-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın surətindən görünür ki, Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş protokol Kürdəmir RİH-nə göndərilmişdir. Qərarından şikayət verilmiş Kürdəmir RİHB Aparatının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 5-56-6/2-1513/2023 nömrəli və X7 ünvanlanmış məktubdan görünür ki, Kürdəmir RİHB Aparatının hüquq şöbəsinin müdiri Ş.Əhmədov tərəfindən AR İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsində göstərilir ki, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi H.Əzizin izahatını dinləyərək hesab edir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı X5 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı X5 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-6/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-6/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver