Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-6/2025 04.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs2 Ətraf oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, sürücülük fəaliyyyəti ilə məşğul olan, ailəli, Bakı şəhəri Binəqədi r-nu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəki nömrə verilməmiş şəxsi həyət evində yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6738347 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən 07.09. 2024-cü il tarixdə saat 16 radələrində Şəxs idarə etdiyi “Opel Astra” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir-Zərdab yolu ilə üzü Zərdab rayonu istiqamətində hərəkət olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla həmin yolda olan döngəni sağa dönərkən idarə etdiyi avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq həmin yol ilə üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “X15”markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Şəxs özü həyat üçün təhlükəli hal olan sağlamlığa ağır zərərvurmaya aid, “X15” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Ətraf oğlu isə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-1181/2024 saylı qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat Şəxs “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə baxılıb, müvafiq qərar qəbul edilənədək dayandırılmışdır. Kürdəmir rayon prokurorunun xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Şəxs şikayəti əsasında HK-1690 nömrəli material öyrənilmiş və “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun xx.xx.2024cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2025-ci il tarixli qərardadla Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraat təzələnmiş, inzibati materiala məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, "Opel Astra" markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X7 məxsusdur və o, avtomobili etibarnamə əsasında idarə edir. Onun avtomobili idarə etmək üçün AC 544004 nömrəli "BC" dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, idarə etdiyi "Opel Astra" markalı avtomobillə İmişli rayonundan gəlib Kürdəmir-Zərdab yolu ilə üzü Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman döngəni dönərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 idarə etdiyi "X15" markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Sonra hadisə yerinə təcili yardım gəlmiş və onu xəstəxanaya aparmışdır. Daha sonra o, izahatında göstərmişdir ki, hadisə baş verən zaman idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış, avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərdi ki, "X15" markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir. Onun avtomobili idarə etmək üçün BD 080627 nömrəli "B1,B,C1,C" dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi "X15" markalı avtomobillə Kürdəmir rayonu, Ərəbxana kəndindən çıxıb dostları Zərərçəkmiş şəxs2 və Rahid Vəliyevlə birlikdə Kürdəmir-Zərdab yolu ilə üzü Kürdəmir şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıdan əks Zərdab rayonu istiqamətində hərəkətdə olan adı sonradan ona məlum olan Şəxs idarə etdiyi "Opel" markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə yolda sağa olan döngəni kəsə bilmədiyindən onun hərəkət zolağına çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobil yolun sol tərəfindən olan küveytə düşmüş, avtomobildə olan dostu Zərərçəkmiş şəxs2 Ətraf oğlu xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında Zərərçəkmiş şəxs2 Ətraf oğluna lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli BA 384846 nömrəli X2 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, "X15" markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomoibilin sahibi Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 77, mənzil 21-də yaşayan X1r və sonuncu Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixədək etibarnamə vermuişdir. Sürücü Zərərçəkmiş şəxs1 Sumqayıt RQİTBŞ-si tərəfindən xx.xx.2024-cü il tarixdə 10 il müddətinə BD 080627 nömrəli "B1,B,C1,C" dərəcəli sürücülük vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AC N 963486 nömrəli X2 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, "Opel Astra" markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomoibilin sahibi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan X8r. Sürücü Şəxs 3 saylı ASAN Xidmət tərəfindən 02.11. 2024-cü il tarixdə 10 il müddətinə AC 544004 nömrəli "BC" dərəcəli sürücülük vəsiqəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli 258 və 259 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücülər Zərərçəkmiş şəxs1 və Şəxs ayıq olmuşlar. - Məhkəmə-tibb ekspertin xx.xx.2024-cü il tarixli 397 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Ətraf oğlunun bədən səthində aşkar olunan xəsarətlər-alın nahiyəsində yara, sağ saidin sıyrığı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundurlar və qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. - Məhkəmə-tibb ekspertin xx.xx.2024-cü il tarixli 398 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-alın nahiyəsində orta hissədə, başın alın nahiyəsinin sağ yan hissəsində, sol saidin iç səthində, sol baldırın ön səthində sıyrıqlar, sağ dizin ön səthində, sol saidin iç səthində qançırlar. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundurlar və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Məhkəmə-tibb ekspertin xx.xx.2024-cü il tarixli 411 saylı rəyində göstərilmişdir ki, X3 bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. - Məhkəmə-tibb ekspertin xx.xx.2024-cü il tarixli 488 saylı rəyində göstərilmişdir ki, Şəxs bədən səthində aşkar olunan xəsarətlər-bədəninin küt travması, sağ Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınığı, L3 bel fəqərələrinin kompression sınığı, qara ciyərin cırılması, daxili qanaxma, başın sağ giegah nahiyəsində çapıq toxuması(köhnə yara izi), alt dodağının sol yarısında çapıq toxuması, döş qəfəsinin sağ yarısında 4-9-cu qabırğalararası nahiyədə piqmentasiya sahəsi, sağ bazunun 1/3 nahiyəsinin yan səthində çapıq toxuması, sağ əlin üst hissəsində şapıq toxumaları, döş qəfəsinin sağ yarısında sağ qabırğaaltı nahiyədə çapıq əməliyyatdan sonrakı) izləri. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundurlar və qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli hal olan sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. - Məhkəmə-avtotexniki ekspertin xx.xx.2024-cü il tarixli 8/2743 saylı rəyində göstərilmişdir ki, "Opel Astra" markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "X15" markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzüm yoxdur. - Kürdəmir Rayon Polis X4 təhqiqatçısı polis mayoru X6 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında müəyyən edilmişdir ki, 07.09. 2024-cü il tarixdə saat 16 radələrində Şəxs idarə etdiyi "Opel Astra" markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir-Zərdab yolu ilə üzü Zərdab rayonu istiqamətində hərəkət olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla həmin yolda olan döngəni sağa dönərkən idarə etdiyi avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq həmin yol ilə üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi "X15"markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Şəxs özü həyat üçün təhlükəli hal olan sağlamlığa Ağır zərərvurmaya aid, "X15" markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Ətraf oğlu isə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər almışlar. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi, 327.1-2. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsi, 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmək, 327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmək, 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçmək, 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması, 327.7. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə , üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə görə 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də, işdə olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər, ekspertiza rəyləri və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi). Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Laçın rayon icra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-6/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-6/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver