Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-601/2025 30.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5, Qərarından şikayət verilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün inzibati qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi fərdi sahibkarlıqla məşğul olur. Kürdəmir rayonu ilə Zərdab rayonu arasında özünə məxsus torpaq sahəsi vardır. 2025-ci ilin may ayında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözü gedən torpaq sahəsinə gələrək yoxlama işləri aparmış, yoxlama zamanı torpaq sahəsində kəsilmiş və yerə sərilmiş vəziyyətdə ağaclar aşkar etmiş, həmin vaxt idarənin əməkdaşları tərəfindən akt tərtib edilərək işi yenidən araşdıracağını bildirmişlər. Bir müddət sonra isə işin halları tam araşdırılmadan barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə tətbiq edildiyini bilmişdir. X11 həmin qərarın qanuniliyini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən X11 şikayətində qeyd etdiyi halları təsdiq edərək, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, daxil olmuş şikayət əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişləri hadisə yerinə baxış keçirmiş və X11 tərəfindən icarə əsasında əkilən torpaqdan 7 ədəd kəsilmiş halda yulgun kolları aşkar edilmişdir. X11 ərazidə şum işləri apararkən ağacları qırdığını bildirmiş və bununla bağlı etirafedici yazılı izahat vermiş, fotoşəkillər çəkilmişdir. Həmin fakta əsasən müfəttiş Raqif Xəlilov tərəfindən Ramin Vəliyev Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edildiyindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol R.Vəliyev tərəfindən imza edilərək qəbul edilmiş və etmiş olduğu nöqsanları başa düşdüyünü bildirmişdir. Nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilən inzibati xəta haqqında protokola əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X11 Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X9 izahatında bildirdi ki, yulğun kollarının qırılmasına dair Nazirliyə daxil olmuş şikayətin araşdırılması 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilmişdir. Şikayət əsasında əraziyə baxış keçirilmiş, Ramin Vəliyevin icarə əsasında istifadə etdiyi torpaqlarda 7 ədəd çıxarılmış və yerə sərilmiş halda yulğun kolları aşkar edilmişdir. Baxış zamanı R.Vəliyev həmin yulğun kollarını torpağı şumlayarkən çıxardığını bildirmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamış və bununla bağlı heç bir etirazı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, Ramin Vəliyevin əkib becərdiyi torpaq sahəsindən əvvəllər istifadə etdiyi üçün Ramindən bostanını suvarmaq üçün su istəmiş, ona imtina etdiyinə görə həmin ərazidə qırılmış yulğun kollarını görüb, bu barədə şikayət etmiş və onun şikayəti əsasında əraziyə gələn nümayəndələr onun iştirakı ilə akt tərtib etmişlər. Həmin yulğun kollarının kim tərəfindən kəsildiyini görməmiş, lakin Ramin Vəliyevin istifadə etdiyi torpaq sahəsinə aid əraziyə yığılmışdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əvvələn qeyd edilməlidir ki, hər bir halda inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək üçün inzibati xətalar haqqında işlər üzrə icraat aparılmalıdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). İşə əlavə edilmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protololdan, protokola əlavə edilmiş etirafedici izahatlardan və fotoşəkillərdən məlum olur ki, Kürdəmir rayon Qarasu kəndi ərazisində yerləşən və X11 tərəfindən icarə əsasında istifadə edilən torpaqlarda qırılmış halda yulğun kolları aşkarlanmışdır. Həmin protokola əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X11 Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1441407 qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və bununla bağlı şikayətçi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1441407 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, həmin qərardan X11 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-601/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-601/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver