Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-602/2025 14.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, deməsinə görə məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN2263030 nömrəli inzibati xəta haqqında protokola və cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana istehlak etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2025-ci ilin iyun ayında Bakıda olan zaman Dərnəgüldə fəhlə bazarı adlanan ərazidə yerdə kağız bükümdə narkotik vasitə tapmış, daha sonra xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhərindən qeydiyyatda olduğu Kürdəmir rayonu Pirili kəndində yerləşən evinə gələrək qanunsuz olaraq narkotik vasitə hesab olunan marixuana istehlak etmişdir. xx.xx.2025-ci il tarixdə saat 00.00 radələrində Pirili kəndi ərazisində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, polis şöbəsinə dəvət etmiş və o da onlarla birlikdə polis şöbəsinə getmişdir. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Narkoloji Dispanserə aparmış və müayinə zamanı sidik analizinin nəticəsində marixuana istifadə etdiyi müəyyən olunmuşdur. O, narkotik vasitəni heç kimə satmamış və istifadə edən zaman yanında heç kim olmamışdır. Əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Pirili kənd sakini Şəxs narkotik vasitədən istifadə etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatı əsasında, Şəxs gecə saat 00.00 radələrində Pirili kənd ərazisində saxlanılaraq polis şöbəsinə dəvət etmişlər. Şəxs suallara cavab olaraq narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə Şəhər Narkoloji Dispenserə aparılmış və müayinə zamanı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi aşkar edilmişdir. Beləliklə, Şəxs əməlində İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, 26 iyun 2025-ci il tarixli 2357 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs səmimi etirafını və törətdiyi inzibati xətaya görə peşman olmasını əməlində məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-602/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-602/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver