Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-603/2023 25.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Fərdi əməklə məşğul olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə o,əkin sahəsində olarkən Kürdəmir rayon polis əməkdaşları onun yanına gələrək özlərini təqdim edib, barəsində Topalhəsənli kənd sakini Ərzuman Yaqubovun onun barəsində şikayət ərizəsi ilə müraciət etdiyini bildirib izahatı alınması üçün onlarla birlikdə polis şöbəsinə getməsini xahiş etmiş, o, da heç bir etiraz etməmiş və polis əməkdaşlarına kombayının dayanmasına gədər gözləmələrini xahiş etmiş, lakinpolis əməkdaşları təkid etdiyi üçün heç bir söz demədən polis əməkdaşalrı ilə birlikdə gəlmişdir. Polis şöbəsinə gələndən sonra onun barəsində inzibati xəra haqqında protokol tərtib emişlər. Hesab edir ki, o, heç bir tabesizlik etməmiş və qanun pozuntuzuna yol verməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Kürdəmir rayonu Topalhəsənli kənd sakini Ərzuman Yaqubov DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Şəxs onn nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. O, da həmin günü növbətçi hissədə olduğu üçün şikayət əsasında getmiş və Kürdəmir ayon Qarasaqqal kənd sakini Şəxs əkin sahəsində görüb məsələnin mahiyyətini izah etdikdən sonra izahatı alınması üçün onlarla birlikdı polis şöbəsinə getməsini tələb etmiş, Şəxs isə əkin sahəsində olan kombaynın işini görüb qurtarmasını və bundan sonra onlarla birlikdə polis şöbəsinə gedəcəyini deyərək onlara öz etirazını bildimiş və onların qanni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə polis kapitanı Bəxtiyar Cahanovla birlikdə o və polis serjantı X5 şikayət əsasında Kürdəmir ayonu Qarasaqqal kənd sakini əvvəllər tanımadığı Şəxs yanına getişlər. Həmin vaxtı Şəxs çöllük sahədə olmuş və kombayn həmin vaxtı arpa biçmişdir. Polis kapitanı X4 Məmmədova məsələnin mahiyyətini izah etmiş və izahatı alınması üçün onlarla birlikdə polis şöbəsinə getməsini xahiş etmiş, Şəxs kombaynın dayanmasına qədər gözləmələrini xahiş etmiş, lakin polis kapitanı Bəxtiyar Cahanov təkid etdiyi üçün Şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, o, da hazıra əkin sahəsində işləyən kombaynın dayanmasına qədər gözləmələrini xahiş etmiş polis əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiyini, bundan əlavə məhkəmədə polis əməkdaşı da Şəxs polisin qanuni tələblərinə tabesizlik göstərməsini sübut edəcək digər sübutlar təqdim edə bilməmiş, onun polis şöbəsinə məcburi gətirilməsi və ya onun polis dəvət olunması ilə bağlı rəsmi bildirişi məhkəməyə təqdim etmişlər. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-603/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-603/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver