Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-603/2025 04.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Nəsirova Aydan Fərhad qızının katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Köhünlü ərazi dairəsi, Şüşün kəndində yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu, Köhünlü ərazi dairəsi, Şüşün kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə heyvanlarını Kürdəmir rayonunun Mollakənd istiqamətindən Zərdab rayonu istiqamətində keçən yolda nəzarətsiz qoymuş, ona məxsus bir baş inək vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz E 320” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat miqdarda inzibati cərimə tətbiq edilmişdir. Şəxs tərəfindən Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, Kürdəmir rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 3(041)-603/2025 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Kürdəmir rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılmamışdır. Belə ki, ekspert qarşısında sual qoyularkən, təhlükənin yaranma və heyvanları gördüyü anı sürücünün sözləri əsasında yazılmasına münasibət bildirməmiş, təkrar və ya əlavə ekspertizanın keçirilməsi məsələsini müzakirə etməmişdir. Məhkəmə iclasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmiş təhqiqatçı X2 özü izahatında bildirmişdir ki, təhlükənin yaranma anı sürücünün sözləri əsasında müəyyənləşdirilmişdir ki, bu da iş üzrə mövcud ekspert rəyini ciddi sual altında qoyur. Bundan başqa, müəyyən edilmişdir ki, hadisədən sonra heyvan təqribən toqquşma yerindən 40 metr irəliyə düşməsini, hadisənin yaxınlığında "mal-qara keçidi" nişanının olub-olmaması, həmçinin, hadisənin baş verdiyi yolda kəskin döngənin olmaması ekspertin diqqətinə çatıdırılmamışdır. Birinci instansiya məhkəməsi sürücü Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olub-olmamasını kifayət qədər mötəbər sübutlar əsasında araşdırmamış, bununla bağlı natamam təqdim edilmiş materiallar əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və inzibati xəta haqqında protokol əsas götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilən halların araşdırılmasını təmin etmək üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə 3(041)-603/2025 saylı inzibati iş üzrə yol-nəqliyyat hadisələrinin kompleks ekspertiza təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İnzibati işinin materiallarında olan sübutlara əsasən yol-nəqliyyat hadisəsinin sxemində üst-üstə düşməyən hallar müəyyən edilirmi, edilirsə konkret olaraq hansı hissədə? (toqquşma anına qədər təkər izlərinin ölçüsü, hadisədən sonra heyvanın təqribən toqquşma yerindən 40 metr irəliyə düşməsinin müəyyən edilmiş sürətlə üst-üstə düşübdüşməməsi və sair). 2) "Mersedes Benz E320" markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almaqdan ötrü texniki imkanı olmuşdurmu? Həmin avtomobilin hadisə baş verən və hazırki vəziyyətdə texniki vəziyyətini müəyyən etmək mümkündürmü, mümkündürsə müayinənin nəticəsi. 3) Eni 7.3 metr olan, asfalt-beton örtüklü olmaqla düz və quru, kəskin döngənin olmadığı Kürdəmir-Zərdab yolunun 10-cu kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2 metr hündürlüyə qalxaraq, hadisə yerindən təxminən 40 metr uzaqlıqda boşluq əraziyə düşən inəyin 60 km/saat sürətlə hərəkətdə olan avtomobillə vurulması mümkündürmü? (5 metr məsafədə və zərbə nəticəsində avtomobilə dəymiş ziyanla adekvatlığı müəyyən edilməklə).Əks təqdirdə hadisənin nəticəsinə uyğun gələn avtomobolin sürəti və xarakterik ara məsafəsi kritik nə qədər olmalıdır? 4) İşin göstərilən və digər sübutlarla müəyyən edilən hallarına, habelə hadisənin baş vermə şəraitinə görə sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 5) Mövcud sübutlar və hadisənin baş vermə şəraitinə görə sürücü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmuşdurmu? 6) Ekspert(lər)in öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatları. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2025-ci il tarixli,8/2502 saylı rəyində tədqiqatın nəticəsi olaraq; 1.3. Təhqiqat tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda hadisə yerində tormoz izi və təkər izi qalmaması göstərilmişdir. Qeyd edilir ki, mövcud metodikanın tələblərinə əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qoyulmuş tormoz izinə əsasən müəyyən edilir. Yəni inək vurulduqdan sonra inəyin atılma məsafəsinə və avtomobildə yaranan zədələrə görə mövcud hadisədə ekspertiza yolu ilə avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. 2a. İş materiallarında sürücünün izahatında idarə etdiyi avtomobildə hansı nasazlığın olması haqqında heç bir məlumat göstərməmişdir. Baş vermiş hadisədən hazırkı tarixədək təxminən bir il müddətin keçməsi, maddi sübut kimi qorunaraq saxlanmadığı nəzərə alınmaqla hadisə vaxtı avtomobildə nasazlığın olub-olmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. 2b.4.5. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E320 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İşin təhqiqatı zamanı işə əlavə edilmiş, Məhkəmə avtotexniki ekspertinin xx.xx.2025-ci il tarixli 8/3379 saylı rəyində göstərilmişdir ki, 1.2.Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən hərəkət üçün təhlükə yaranan anda Mersedes Benz E320" markalı gümüşü rəngli **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin inəyi vurulma yerindən olduğu məsafənin 29.1 metrdən kiçik məsafədə olmasını təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda Mersedes Benz E320" markalı gümüşü rəngli **-CE-*** d.n.nlı minik avtomobilin inəyi vurulma yerindən olduğu məsafənin 29.1 metrdən böyük məsafədə olmasını təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
3. Mövcud metodikanın tələblərinə əsasən mal qara ötürənlər yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bundan əvvəl təhqiqat bölməsində və məhkəmədə verdiyi izahatlarındakı xüsusatları təsdiq etmiş, verilmiş suallara cavab olaraq bildirdi ki, "mal-qara keçidi" nişanı yol nəqliyyat hadisəsi baş verən yerdən 500 metr aralıda yerləşir, hadisənin baş verdiyi yolda kəskin döngə yoxdur. Vurulan inək özünə məxsus olmuş, hadisədən bir müddət əvvəl kredit hesabına almış, kreditini də ödəyə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində özünəməxsus olan "Mersedes Benz" markalı gümüşü rəngli **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mollakənd-Zərdab yolunun 10-cu kilometrliyində üzü Zərbad rayonu istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olan zaman qəfil iribuynuzlu inək heyvanı onun yoluna çıxmış, həmin vaxtı idarə etdiyi avtomobillə inəklər arasında olan məsafə 30 metr olmuş, özünü itirərək avtomobili saxlaya bilməmiş və inəyi vurmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə iki mindən artıq məbləğdə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kürdəmir Rayonu Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. - Kürdərmir Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli 334 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından” görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsi tərəfindən görünür ki, “Mersedes Benz E320” markalı gümüşü rəngli **-CE-*** dövlət qeydiyyat nömrəli avtomobilə baş vermiş hadisə zamanı 2500 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə toplanmış materialları tədqiq edərək belə qənaətə gəlir ki, yol verilən yol-nəqliyyat hadisəsində hər iki tərəf inzibati xəta törətmiş, lakin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir rayonu polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarında iri buynuzlu inək heyvanını yolda nəzarətsiz qoyduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2025-ci il tarixli,8/2502 saylı rəyində tədqiqatın nəticəsi olaraq Mercedes Benz E320 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması işin yenidən araşdırılmasını zəruri hesab edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, baxılan inzibati xəta haqqında protokol “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir rayonu polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarına əsasən tərtib edilmişdir və həmin qərar Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2025-ci il tarixli,8/2502 saylı rəyi nəzərə alınmaqla işin araşdırılan hallarına tam cavab vermədiyi üçün material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə onu da qeyd edir ki, qərardadın surəti və Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2025-ci il tarixli,8/2502 saylı rəyi “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir rayonu polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarına yenidən baxılması üçün Kürdəmir rayon prokuroruna göndərilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq
QƏRARA ALDİ:
Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə qaytarılsın. Qərardadın surəti və Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2025-ci il tarixli,8/2502 saylı rəyi “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir rayonu polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarına yenidən baxılması üçün Kürdəmir rayon prokuroruna göndərilsin.
HAKİM XALİQ İMANOV