Məhkəmə qərarları › İş №3(041)-604/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-604/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-604/2023 25.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mövlayev X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlakları, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul borclu Şəxs alınaraq tələbkara ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində icra sənədində göstərilən tələblərin çox hissəsi icra edilib, lakin qızıl-zinət əşyaları hissəsində tam şəkildə icra etmək mümkün olmamışdır. Belə ki, sözü gedən icra sənədində borcludan alınan qızıl-zinət əşyalarının dəyəri 3000 manat göstərilmiş, icra tədbirləri zamanı borclu tərəfindən təqdim edilən və tələbkar tərəfindən qəbul edilən qızıl-zinət əşyalarının qiyməti ekspert rəyinə əsasən 1590 manat müəyyən edildiyindən hazırda borclunun tələbkara 1410 manat borcu qalıb. İddia ərizəsi ilə məhkəmə qətnaməsi arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə, habelə qətnamədə tələb edilən qızıl əşyalarının qramı və əyarı göstərilmədiyindən qətnaməyə izah verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən borclu tərəfindən verilmiş apellyasiya şikayəti də geri qaytarıldığı üçün yaranmış ziddiyyəti aradan qaldıra bilməmiş və tələbkarın israrlı şikayətlərinə əsasən növbəti dəfə borclu barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Halbuki, eyni məzmunlu protokolu üzrə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs məhkəmədə iddia qaldıraraq onda qalan cehiz əşyalarını və qızıllarını, özləri olmadıqda isə onların dəyərini tələb etmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş və o, qətnamədə qeyd edilən cehiz və qızıl əşyalarını iddiaçıya qaytarmışdır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs atası X6 cehiz əşyalarını qəbul etsə də, qızılları qəbul etməmiş və fikrini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsində dəyəri 3000 manat olan qızıldan söhbət getdiyi halda ona təqdim edilən həmin qızılların dəyərini mütəxəssis 1590 manat müəyyən etmişdir. Tələbkarın dəlillərinə görə tələb etdiyi qızıllara görə əlavə 1410 manat da ödəniş etməlidir. İcra məmuru qızılları ondan təhvil almış, eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır ona görə ki, o, icra sənədinin icrasından yayınmamış, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş və ondan asılı olan bütün hərəkətləri icra etmişdir. İcra sənədi üzrə tələb edilən əmlakları tələbkara, qızılları isə tələbkara təqdim etmək üçün Kürdəmir rayon icra və probasiya şöbəsində icra məmuruna təhvil vermişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X6 izahatında bildirdi ki, tələbkar Cəmilə Babayeva onun qızıdır, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlakları, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul Şəxs alınaraq qızı Cəmilə Babayevaya ödənilməsi qət edilmişdir. Borclu icra sənədində qeyd edilən əmlakları və qəzəl-zinət əşyalarını onlara qaytarmışdır, lakin onlar tərəfindən qəbul edilən qızıl-zinət əşyaları mütəxəxsis tərəfindən qiymətləndirilərkən qiymətinin 1590 manat olduğu müəyyən edilmişdir. İcra sənədində isə 3000 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması göstərildiyindən hazırda brclunun tələbkara 1410 manat borcu qalmışdır. Borclunun onlara təqdim etdiyi qızılların dəyəri 3000 manat olmadığına görə onları qəbul etməmiş, həmin qızıllar hazırda Kürdəmir rayon icra və probasiya şöbəsində saxlanılır. C.F.Babayev izahatının sonunda tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlaklar, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul borclu Şəxs alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində icra sənədində göstərilən əməlaklar və qızıl-zinət əşyları borcludan alınaraq tələbkara verilmiş, tələbkar qeyd edilən əmlakları qəbul etmiş, lakin qızıl-zinət əşyalarının dəyəri mütəxəssis tərəfindən 1590 manat qiymətləndirildiyindən, borcludan əlavə olaraq 1410 manat tələb etmişdir. Borclu verdiyi izahatlarında ondan 1 dəst komplekt boyunbağı, üzük, sırğa və qolbaq tələb edildiyini və həmin əmlakları da tələbkara qaytardığını bildirsə də, icra məmuru tələbkarın atasının şikayətlərindən çəkinərək onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsində cehiz və qızıl-zinət əşyalarını, özləri olmadıqda dəyərini tələb etsə də, məhkəmə qətnaməsində əyarı, çəkisi göstərilməyən, “3000 manat dəyərində 1 dəst komplekt boyunbağı, üzük, sırğa və qolbaq” göstərildiyindən, tələbkar əmlak tələbini pul tələbinə çevirərək tələb edilən qızılları yox, onun qətnamədə göstərilən dəyərini tələb edir. İcra məmuru yaranmış ziddiyəti aradan qaldırmaq üçün qətnaməyə izah verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, həmin qətnamədən borclu tərəfindən verilmiş apellyasiya şikayəti də geri qaytarıldığı üçün mübahisəyə son qoyulmamışdır. Tələbkarın istinad etdiyi 30 may 2023cü il tarixdə qızıl alveri ilə məşğul olan N.S.Məlikovun verdiyi “mütəxəssis rəyi”ndə boyubçağı, qolbaq, sırğa və üzükdən ibarət “Fantaziya” dəsti. Sirkon qaşları ilə 585 əyarlı, 15.90 qram çəkidə azad bazar qiymətinin 1590 manat olduğu müəyyən edilmişdir. Halbuki, əmlak tələblərində icra məmuru ilk növbədə icra sənədində göstərilən əmlakların qaytarılması ilə bağlı icra hərəkətlərini aparır, əmlak olmadıqda isə onu dəyərinin qaytarılması məsələsini həll edir. Hazırki iş üzrə də, icra sənədində tələb edilən əmlaklar borclu tərəfindən qaytarıldığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi başa düşülmür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, icra sənədində tələb edilən cehiz əşyaları tam şəkildə qaytarılmış, qızıl-zinət əşyaları borclu tərəfindən tələbkara təqdim edilmiş, lakin qiyməti ilə bağlı mübahisə edildiyi üçün həmin əşyalar tələbkara təqdim edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar