Məhkəmə qərarları › İş №3(041)-604/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-604/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-604/2024 13.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs Sərdər oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir rayon Ərşəli kənd orta məktəbində hərbi müəllimi işləyən, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadıqları kəndin ərazisində yerləşən çöl torpaq sahəsində aralarında baş vermiş şəxsi münasibətlər zəmnində X6 və Zərərçəkmiş şəxs Sərdər oğlunu döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayır, kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyir, X4 və Zərərçəkmiş şəxs Sərdər oğlunu həmkəndliləri kimi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qardaşı Vilayətlə birlikdə Kürdəmir rayonu Karrar qəsəbəsində olarkən həmkəndlisi Mehman Abasov qardaşına zəng vurub həmkəndlisi Yaşar Rzayevin trakotoru ilə kəndin örüş sahəsini şumladığını demiş və Yaşarın torpağı şumlamasına imkan verməmək üçün onun həmin sahəyə gəlməsini istəmişdir. Bunu eşidən kimi qardaşı Vilayətlə birlikdə həmin əraziyə getmiş, ora çatanda həqiqətən də yaşadığı kənd bələdiyyəsinə məxsus olan örüş sahəsinin şumlandığını görmüş, həmin vaxtı kəndin icra nümayəndəsi Əli Bağırovu ora dəvət edib ona həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini xahiş etmiş, bundan sonra Cavidlə atası Sərdərin yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuşlar. Həmin vaxt həmkəndliləri Süleyman, Alim və Etibar Sərdərə və Cavidə kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini şumlatdırmalarına görə iradlarını bildirmişlər, Sərdər yaxınlaşıb həmin yerə gəlməsinə görə ona iradını bildirmiş, Sərdər iradını bildirəndən sonra yanlarından uzaqlaşıb getmək istəyərkən qəflətən Cavid qardaşı Vilayətin üzərinə gəlib yumruqla sinəsindən, təpiklə sağ ayağından vurub yerə yıxmış, Cavid qardaşının üzərinə gəlib onu yenidən vurmaq istəyəndə bunu görən Sərdər dərhal qardaşını qucaqlayıb kənara çəkmək istəmiş, bu zaman Cavid yumruqla atası Sərdərin başından bir dəfə vurmuş, bunu görən həmkəndlisi Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman və yaşadığı Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov onları sakitləşdirmişlər. Həmin vaxt onlara yaxınlaşmamış, qardaşı Vilayət öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə zamanı nə özü, nədəki qardaşları Vilayət və Ramil həmkəndliləri Cavid və atası Sərdəri vurmamış, onlara qarşı heç bir fiziki zor tətbiq etməmiş, onlara heç bir xəsarət yetirməmişlər. Hadisə yaşadıqları kənd ərazisində çöl sahəsində təxminən 15-20 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı o, heç kimi vurmamışdır. Baş verənlərlə bağlı Kürdəmir rayon polis şöbəsinə gedib izahat verərək Sərdər və Cavidin onun barəsində dediklərinin əsassız olduğunu bildirmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olur. Şəxs həmkəndlisi kimi tanıyır, onunla münasibətləri əvvəllər normal olmuş, ədavətləri olmamışdır, lakin son zamanlar aralarında olan torpaq məsələsi ilə bağlı münasibətləri pisləşmişdir. Yaşadığı Ərşəli kəndin ərazisində ailələrinə məxsus rəsmi sənədləri olan 3,68 ha pay torpaq sahələri vardır, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi X2 onun sifarişi ilə özünə məxsus həmin torpaq sahəsinin bir hissəsini öz traktoru ilə şumlamış, oğlu Cavid də Yaşarın yanında olmuşdur. Həmin gün saat 17:20 radələrində yaşadıqları kənd ərazisində olarkən Cavid zəng vurub həmkəndliləri Nəsimi, Vilayət və Ramilin torpaq sahələrinin yaxınlığında gəlib dayandıqlarını dediyindən aralarında mübahisə düşəcəyinə ehtiyat edərək Cavidin yanına getmişdir. Təxminən 1 saata yaxın Cavidin yanında dayanmış, traktor torpağı şumlamış, işi bitdikdən sonra Cavidi götürüb kəndə tərəf qayıdarkən Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov və bir neçə kənd sakininin toplaşdıqlarını görüb nə baş verdiyini öyrənmək üçün onların yanında dayanmış və avtomobildən yerə düşərək Nəsimidən nə baş verdiyini soruşanda Nəsimi “əkmək istədiyin yer sənin deyil, orada əkinçilik işləri aparmağa icazə verməyəcəm” demişdir. Şumladığı torpaq sahəsinin sənədini orada olan şəxslərə göstərmək məqsədilə gətirmək üçün avtomobilinə tərəf qayıtmış, bu zaman Nəsimi onun ünvanına nalayiq sözlər işlətdiyi üçün oğlu Cavid Nəsimiyə irad tutmuş, Nəsimidə Cavidin üstünə cumaraq yumruq və təpiklə Cavidinin bədəninin müxtəlif nahiyyələrindən vurmuş, həmçinin Nəsiminin qardaşı Vilayət də Cavidin qarın nahiyyəsindən yumruqla bir neçə dəfə vurmağa başlamış, Cavid aşağı əyilən kimi Nəsimi Cavidin əynində olan qış gödəkcəsini Cavidin başına keçirmişdir. Bundan sonra Nəsimi və Vilayət yumruq və təpiklə, digər qardaşları Ramil isə ağacla Cavidinin bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüşlər. Cavidi onların əlindən güclə alıb avtomobilinə tərəf gedərkən Vilayət daşla çiyin nahiyyəsindən bir dəfə vurmuş, arxaya çevrilərkən Ramildə ağacla başından vurmaq istəyərkən sağ əliylə ağac zərbəsindən yayınmaq istəyəndə ağac sağ əlinə dəymişdir. Bundan sonra Nəsimi ona yaxınlaşaraq sağ topuq nahiyyəsindən təpiklə bir dəfə qəsdən vurmuşdur. Hadisədən sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Hazırda Şəxs şikayətcidir. Zərərçəkmiş şəxs Sərdər oğlu izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayır, evlidir, X6 atası, Şəxs isə həmkəndlisidir, torpaq sahəsinə gürə Nəsimi ilə münasibətləri yaxşı deyil. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində özlərinə məxsus pay torpaq sahəsini şumladarkən həmkəndlisi Nəsiminin özünə məxsus “Qazel” markalı avtomobilin yanında pay torpaq sahəsinin yaxınlığında dayandığını görüb onu döyəcəyindən ehtiyat edərək, atası Sərdərə zəng vurub məlumat verdikdən təxminən 15-20 dəqiqə sonra atası Sərdər onun yanına gəlmiş, torpaq sahəsini şumlatdırıb yaşadıqları evə qayıdarkən Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov və bir neçə kənd sakinlərinin orada dayandıqlarını gördüklərindən onların yanında dayanmışlar. Atası Nəsimidən nə baş verdiyini soruşmuş, Nəsimi “əkmək istədiyin yer sənin deyil, orada əkinçilik işləri aparmağa icazə verməyəcəm” demişdir. Atası da torpaq sahəsinin sənədini orada olan şəxslərə göstərmək məqsədilə gətirmək üçün avtomobilinə tərəf qayıtdıqda Nəsimi atasının ünvanına nalayiq sözlər işlətmiş, söyüş söydüyünə görə dərhal Nəsimiyə iradını bildirmiş, Nəsimi də üstünə cumaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuş, həmçinin Nəsiminin qardaşı Vilayət də onun qarın nahiyyəsindən yumruqla bir neçə dəfə vurmağa başlamış, zərbələrin təsirindən aşağı əyilən kimi Nəsimi əynində olan qış gödəkcəsini başına keçirmiş, ayağa qalxa bilməmiş, bu zaman Nəsimi və Vilayət yumruq və təpiklə, digər qardaşları Ramil isə ağacla bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüşlər. Atası onu onların əlindən alıb avtomobilə tərəf aparmaq istəyərkən Vilayət daşla atasının çiyin nahiyyəsindən bir dəfə qəsdən vurmuş, Ramild ağacla atasının başından vurmaq istəyərkən atası sağ əliylə ağac zərbəsindən yayınmaq istəyəndə ağac atasının sağ əl nahiyyəsindən dəymişdir. Hazırda Şəxs şikayətcidir və onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 03 saylı rəyindən görünür ki, X3 bədən səthində olan sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərin yerinidəyişən sınığı, sağ axıll vətəri üzərində sıyrıq xəsarətləri, küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə yəni xx.xx.2024-cü il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərin yerinidəyişən sınığı xəsarəti sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sağ axıll vətəri üzərində sıyrıq xəsarəti sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilmir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sərdər oğlunun bədən səthində olan boynun ön sol səthində cızıqlar xəsarətləri küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə yəni xx.xx.2024-cü il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə həmin xəsarət sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs həmkəndlilsi X1 ayağından təpiklə vuraraq ona sağ axıll vətəri üzərində sıyrıq xəsarəti, eləcədə Zərərçəkmiş şəxs Sərdər oğlunun boynundan əli ilə tutub sıxmaqla ona boyunun ön sol səthində cızıqlar xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Araşdırılan material üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Kürdəmir rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın məzmunu və mahiyyəti bir daha Şəxs izah edilmiş və qərardan narazı olduğu halda ondan Kürdəmir rayon prokuroruna və ya məhkəməyə şikayət vermək hüquqları ona izah edilmişdir. Şəxs qərardan şikayət verəcəyini bildirdiyinə görə qərarın surəti ona təqdim edilmiş və məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Təyin edilmiş məhkəmə iclasında Şəxs qərardan şikayət verməyəcəyini bildirdiyi üçün işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Beləliklə, Şəxs törətdiyi əməl zərərçəkmiş şəxslərin izahatı, sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 03 və 04 saylı rəyləri, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o inzibati qaydada məsuliyyətə cəlb edilməkdən boyun qaçırmaq üçün törətdiyi inzibati xətanı etiraf etmir və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Ona görə də, o Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar