Məhkəmə qərarları › İş №3(041)-604/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-604/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-604/2025 28.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8 İsayev Orxan Mahir oğlunun katibliyi ilə, xx.xx.1974-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Sor-sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 iyun 2025-ci il tarixdə, saat 21 radələrində mal-qaranı yolda nəzarətsiz qoyması səbəbindən Kürdəmir RPŞ-nin İT-nin sahənin polis nəfəri, polis serjantı X1-Kürdəmir-İmişli yolunun 45-ci kilometrliyində idarə etdiyi "Peuoget 406" markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 1 baş iribuynuzlu camış heyvanını vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə 2545 manat ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, Kürdəmir RPŞ-nin NHnin məsul növbətçisi polis baş leytenantı Nahid Dəmirsoy RPŞ-nin rəhbərliyinə raportla məruzə edərək, həmin tarixdə saat 21 radələrində Kürdəmir RPŞ-nin NH-də xidmətdə olan zaman Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri polis Ağsu-Kürdəmir-İmişli yolunun 45-ci kilometrliyində idarə etdiyi qara rəngli "Peuoget 406" serjantı Zamiq Zeynallı NH-yə məlumat verərək markalı ** KX *** d.n.nlı minik avtomobili ilə üzü Çöl ərəb kəndi istiqamətinə hərəkətdə olan zaman hərəkət etdiyi zolaqda 1 baş iribuynuzlu camış heyvanını vurması və YNH-i törətməsini bildirmişdir. Hadisə yerinin baxışı aparılarkən müəyyən edilmişdir ki, hadisə yeri Ağsu-Kürdəmir- İmişli yolunun 45-ci kilometrliyində Kürdəmir rayonu Sor Sor kəndi ərazisində üzü Çöl ərəb kəndi istiqamətində baş vermişdir. Yol asfalt-beton örtüklü olmaqla düz və yaşdır. Yolun YNH-i baş vermiş hissəsinin eni 4.10 metrdir. Qara rəngli "Peuoget 406" markalı ** KX *** d.n.nlı minik avtomobili üzü Çöl ərəb kəndi istiqamətində öz hərəkət zolağında yolun sağ çiynindən meşəsalma ərazisindən yola çıxmış iribuynuzlu camış heyvanına dəymiş və YNH-i baş vermişdir. Araşdırıma zamanı X7 izahatında, özünəməxsus olan qara rəngli "Peuoget 406" markalı ** KX *** d.n.nlı minik avtomobilini "BC" kateqoriyalı sürücülük vəsiqəsi və ona verilmiş etibarnamə ilə idarə etdiyini, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 45-cı kilometrliyində həmin avtomobil ilə üzü Çöl ərəb kəndi istiqamətinə 50 km/saat sürətlə hərəkətdə olan zaman Kürdəmir rayonu Sor sor kəndi ərazisində yolun sağ hissəsindən meşəsalma ərazisindən qəfildən bir baş camışın onun hərəkətdə olduğu zolağa çıxdığını gördüyünü, həmin camışa təxminən 10 metr qalmış təhlükə anını hiss etdiyini, əyləcdən istifadə etdiyini, zəruri tədbirlər gördüyünü, lakin idarə etdiyi avtomobilin qabaq hissəsi hərəkətdə olduğu zolaqda olan camışa dəydiyini və YNH-nin baş verdiyini, dərhal avtomobilindən yerə düşdüyünü, camışa baxdığını, camışın ölməsini gördüyünü, bununla bağlı dərhal Kürdəmir RPŞ-yə məlumat verdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini və hadisə yerinə baxış keçirdiklərini, sonradan həmin camışın Kürdəmir rayonu Sor Sor kənd sakini X4 məxsus olan dişi camış heyvanı olmasını bildirmişdir. X6 izahatında, şəxsi təsərrüfatında dörd baş camış heyvanının olduğunu, həmin camışları hər gün kənd nahırına ötürdüyünü, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində camışları kəndin nahırına ötürdüyünü, həmin günü nahır növbəsi həmkəndliləri Şəxs və X3 olduğunu, elə həmin günü saat 19 radələrində kənd nahırının kəndə gəldiyini, lakin camışların həyətinə gəlmədiyini, elə həmin günü 22 radələrində Nizaminin onun atası Teyyuba zəng vurub ona məxsus olan bir baş camışı kəndin ərazisində Ağsu-Kürdəmir- İmişli yolunun 45-ci kilometrliyində "Kənd Qəbiristanlığına gedən yolun" yaxınlığında "Peuoget 407" markalı minik avtomobilinin vurduğunu dediyini, dərhal camışının vurulduğu yerə getdiyini, camışın yolun üzü Kürdəmir rayonu Çöl ərəb kəndi istiqmətində yolun hərəkət hissəsində ölməsini gördüyünü, ona məxsus olan 1 baş qara rəngli, təxminən 6 yaşlı camışının yük avtomobilinin vuraraq öldürməsi nəticəsində ona 2500 manat maddi ziyan dəydiyini, sonradan camışı vurub öldürən minik avtomobilinin "Peuoget 407" markalı ** KX *** d.n.nlı avtomobil olması, sürücüsünün isə Kürdəmir şəhər sakini X7 olmasını bildirmişdir. X5 izahatında ailəsinə məxsus olan təsərrüfatında iribuynuzlu mal qaranın olduğunu, həmin heyvanları hər gün kənd nahırına ötürdüklərini, növbəli şəkildə kənd nahırına getdiklkərini, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə kəndin nahır növbəsinin onda və həmkəndlisi Şəxs olduğunu, qardaşı oğlu Qalib Əşrəfova məxsus olan camış heyvanlarınında nahırda olduğunu, Qalibin heyvanları kəndin nahırına ötürdüyünü, elə həmin günü 18 radələrində kəndin nahırını kənd ərazisinə gətirdiklərini, sonra isə Raufla birlikdə yaşadıqları evə getdiklərini, elə həmin günü saat 21 radələrində nahırda olan camışlardan birini Ağsu-Kürdəmir-İmişli yolunun 45-cı kilometrliyində avtomobil vurması ilə bağlı xəbər tutduğunu, qardaşı Əlikrama zəng vurub onlara məxsus camışların nahırdan gəlib gəlməməsi ilə bağlı soruşduğunu, Əlikramında ona camışların nahırdan gəlmədiyini dediyini, ona görədə YNH-i yerinə getdiyini, hadisə yerində Qalibə məxsus olan 1 baş dişi camış heyvanını "Peuoget 407" markalı ** KX *** d.n.nlı minik avtomobilinin vurduğunu gördüyünü, hadisədən əvvəl Qalibə məxsus olan heyvanları nahırdan gətirib şəxsən özünə və ailə üzvlərinə təhvil vermədiyini bildirmişdir. Aparılmış araşdırıma zamanı Şəxs izahatında həmkəndlisi X2 izahatında göstərilən xüsusatları olduğu kimi təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından " görünür ki, X7 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Təhqiqat araşdırması zamanı Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntqəsi tərəfindən verilmiş ziyan aktından görünür ki, "Peuoget 407" markalı minik ** KX *** d.n.nlı d.n.nlı avtomobilə baş vermiş YNH-i zamanı 2545 manat ziyan dəymişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixda, saat 21 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 45-ci kilometrliyində Kürdəmir rayonu Sor Sor kəndi ərazisində X7 etibarnamə ilə və "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi qara rəngli "Peuoget 407" markalı ** KX *** dn.nlı minik avtomobili ilə üzü Çöl ərəb kəndi istiqamətində hərəkətdə olan zaman həmin sağ hissəsindən meşə salma ərazisində çıxan sahibsiz camış heyvanını vurmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə cinayət tərkibi omadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, iri buynuzlu camış heyvanını yolda nəzarətsiz qoyduqlarına görə X6, X5 və Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, onların barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.4-ci maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta işdə olan sənədlərlə tam təsdiq edildiyindən, barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar