Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-605/2024 12.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Kürdəmir Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonun Ərşəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, eli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonun Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində yaşadıqları kənd ərazisində yerləşən çöl sahəsində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs qarın nahiyəsindən yumruqla bir neçə dəfə qəsdən vurub ona fiziki ağrı yetirməklə döyərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilib baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Kürdəmir Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında bildirmişdir ki, 05 yanvar 2024-cü il tarixdə saat 17:20 radələrində yaşadıqları kənd ərazisində yerləşən çöl sahəsində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs qarın nahiyyəsindən yumruqla bir neçə dəfə qəsdən vurub ona fiziki ağrı yetirməklə döyərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Kürdəmir Rayon Polis Şöbəsində toplanmış materialda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. 01 yanvar 2024-cü il tarixdə Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında 05 yanvar 2024-cü il tarixdə saat 17:20 radələrində yaşadıqları kəndin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs Sərdər oğlunu döymədiyini və sadəcə özünü müdafiə etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sonra isə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sərdər oğlu izahatında bildirmişdir ki, 05 yanvar 2024-cü il tarixdə saat 17:20 radələrində yaşadıqları kənd ərazisində yerləşən çöl sahəsində, ona məxsus mülkiyyətdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı həmkəndlisi Şəxs onun qarın nahiyyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq onu döymüşdür. Lakin hazırda o, Şəxsla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta törədən şəxsin onunla barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində yaşadıqları kənd ərazisində yerləşən çöl sahəsində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs qarın nahiyəsindən yumruqla bir neçə dəfə qəsdən vurub ona fiziki ağrı yetirməklə döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 157 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün, zərəçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-605/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-605/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver