Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-608/2023 07.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxx 1973-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şüşün kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Xırdapay kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. X5 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1843/2021 saylı icra vərəqəsinə əsasən Şəxs qının yanında qalan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə babası Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 ilə hər həftənin bazar günləri və uşaqların doğum günlərində gündüz saat 11.00-dan saat 16.00-ya kimi maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmaq (görüş) hüquqları qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmişdir. Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Bunla əlaqədar olaraq o, özü Şahnaz Əmirpvanın uşaqlarla bir yerdə yaşadığı ünvana getmiş, uşaqlardan baba və nənələri ilə görüşmək istəyib-istəmələrini soruşmuş, lakin uşaqlar da baba və nənələri ilə görüşmək istəmədiklərini bildirmişlər. Hesab edir ki, uşaqlrın görüşməsinə mane olan Şahnazdır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, onun icra sənədindən məlumatı vardır və bu səbəbdən də dəfələrlə icra və Probasiya şöbəsinə dəvət edilmişdir. Uşaqların anası rəhmətə gedəndən sonra uşaqların psixi vəziyyəti yerində deyildir. Buna görə də o, onları Psixilogiya Elmi-Tədqiqat İnstitunda müalicə etdirmiş və hazırda da müalicələri davam edir. Hesab edir ki, uşaqlar hazırki vəziyyətdə baba və nənələri ilə görüşməyə hazır deyillər. Əgər uşaqlar görüşmək istəsələr o, heç bir maneəçilik törətməyəcəkdir. Bundan başqa Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev özü onların yaşadıqları ünvana gəlmiş və uşaqların fikrini soruşduqda uşaqlar qəti olaraq etiraz etmişlər. O, uşaqların baba və nənəsi ilə görüşdürməyə etiaz etmir onun heç bir qərəzi yoxdur və barəsində tərtib olun inzibati xəta haqında protokol da əsassızdır. Məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və icra məmuru Məhərrəm Şirnaliyevin izahatlarını dinləyib, iş materiallarına araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində gösərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkələri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzrsüz səbəblərdəm icra edilməməsinə görə inzibati məsuliyyət nəzrdə tutulmuşdur. Qeyd olunan normanın məzmumundan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzrdə tutuluş inzibati xətanın baş verməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsin icra sənədini üzrsüz səbəblərdən icra etməməsi zəruridir. Barəsində inzibati icraat açılmş şəxs Şəxs uşaqlar özləri baba və nənələri ilə görüşmək istəsələr əgər heç bir manəçilik törətməyəcəyini ifadə edir. Bundan əlavə uşaqlrın görüşməsinin mümkünlüyü üçün pedaqoq və psixiloqa müraciət olunmamış, uşaqların tələbkarlala görüşmıək istəyib-istəməmələri dəqiqləşdirilməmiş, uşaqların psixi vəziyyətinə təsir edən hallara dair məlumatlar əldə olunmamışdır. Bu hal iş materialları və icra məmuru Məhərrəm Şirnalıyevin izahatları ilə təsdiq olunmuşdur. İş materiallarından olan Psixilogiya X1 rayon İcra və Probasiya şöbəsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli, 4/36 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2014-cü il təvəlldlü X3 “Qaranlıq qorxusu, itirmə qorxusu, diqqət düfisiti, həyəcan-təşviş pozuntusu, özünəgüvən əskikliyi, stresə davamsızlıq, kəkələmə”, xx.xx.2016-cı il təvəllüdlü X4 “inadkarlıq, davranış pozuntusu, heperaktivlik, qaranlıq qorxusu, tək qalma qorxusu, stresə davamsızlıq, özünəgüvənmə əskikliyi, itirmə qorxusu, mürəkkəb dislaliya” müşahidə olunmuşdur. Göündüyü kimi xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 psixoloji problem vardır. İcra məmuru Şəxs barəsində İnzibati xəta haqqında protokol tərtib edərk qeyd edilən halları araşdırmamışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu da bu prizmadan çıxış edir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmənin təşəbbüsü ilə azyaşlılar xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 məhkəməyə gətirlmiş və onların babası Zərərçəkmiş şəxs1 və nənələri Zərərçəkmiş şəxs2 ilə görüşdürmələrinə şərait yaradılsa da xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 baba və nənəsi ilə görüşmək istəməmiş, qışqıraraq dərhal məhkəmə binasından çıxıb getmələrini tələb etmiş və həmin görüş anı da video görüntü ilə qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs uşaqlrın baba və nənəsi ilə görüşmələrinə maneçilik törətməsi sübut olunmur və hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-608/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-608/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver